Müdafiə naziri “Qafqaz Qartalı-2019”
təlimləri çərçivəsində “Yüksək
səviyyəli Müşahidəçi Günü”ndə iştirak edib
Azərbaycan
Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov,
nazirliyin rəhbər heyəti, Türkiyə, Gürcüstan
və Pakistandan olan yüksək səviyyəli qonaqlar
Bakıda keçirilən "Qafqaz Qartalı-2019” birgə təlimləri
çərçivəsində baş tutan "Yüksək
səviyyəli Müşahidəçi Günü”ndə
iştirak ediblər.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, nazirə maket üzərində planlaşdırılan fəaliyyətlər
və təlimlərin gedişi barədə məruzə
edilib.
Sonra
təlimin döyüş atışlı mərhələsində
aviasiya vasitələrinin dəstəyi ilə ərazidə
xüsusi təyinatlı bölmələr tərəfindən
müxtəlif tapşırıqlar icra olunub.
Birgə təlimin yekunlarını təhlil edən Müdafiə naziri təlimlərdə iştirak edən hərbi qulluqçuların döyüş hazırlığını yüksək qiymətləndirib və keçirilən təlimlərin ölkələrimizin, o cümlədən strateji əhəmiyyətli regional layihələrin təhlükəsizliyi baxımından vacibliyini diqqətə çatdırıb. Müdafiə naziri təlimlərin ordularımızın yüksək döyüş qabiliyyətinin göstəricisi olduğunu vurğulayıb. Nazir təlim iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayaraq hər üç ölkənin xüsusi təyinatlılarının təlimlərinin yüksək səviyyədə keçirilməsindən məmnunluğunu bildirib.
Sonda Müdafiə naziri təlimdə təmsil olunan
ölkələrin nümayəndələrinə hədiyyələr
təqdim edib.
Azərbaycan.- 2019.- 2 oktyabr.- S. 6.