Əhalinin siyahıyaalınmasından əldə ediləcək məlumatlar ölkənin gələcək inkişafı üzrə qərarlarda əsas informasiya mənbəyi olacaq

 

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Dövlət Statistika Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov oktyabrın 1-dən 10-dək ölkəmizdə başlayan əhalinin növbəti siyahıyaalınmasına həsr olunan mətbuat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Prezident İlham Əliyevin "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli Qərarına əsasən və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təqvim planına uyğun olaraq siyahıyaalma ilə bağlı bütün hazırlıq işlərinin tam başa çatdırıldığını deyib. Bildirib ki, siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmini üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə "Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər”, 50-dək digər metodolojiköməkçi sənədlər hazırlanıb, siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiqlənib.

O qeyd edib ki, təsərrüfatbaşına uçot sənədləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş inzibati ərazi vahidlərinin sxematik xəritələri, yaşayış məntəqələrinin sxematik planları əsasında Azərbaycanın inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunub, bunun nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi və onların təlimatlandırılması başa çatdırılıb. Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə, Təhsil nazirliklərinin, Dövlət Təhlükəsizlik, Miqrasiya və Sərhəd xidmətlərinin tabeliyində olan rejimli obyektlərdəki şəxslərin, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıyaalınması məqsədilə metodoloji və digər sənədlər, əyani vəsaitlər, dəftərxana ləvazimatları aidiyyəti dövlət qurumlarına çatdırılıb.

T.Budaqov vurğulayıb ki, siyahıyaalınma ilə bağlı əhalinin məlumatlandırılması məqsədilə hazırlanmış təşviqat materiallarından plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilib, videoçarxlar isə apreldən başlayaraq televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yayımlanmaqdadır. Siyahıyaalmaya dair çoxsaylı mətbu məqalələr müxtəlif KİV orqanlarında müntəzəm olaraq dərc edilib, mətbuatda fərdi jurnalist yazılarının da stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə cari il iyulun 18-də müsabiqə də elan olunub.

Komitə sədri əlavə edib ki, müstəqillik dövründə sayca üçüncü dəfə keçirilən siyahıyaalmanın sorğu vərəqəsində altsuallarla birlikdə 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milliya etnik mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimiya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

O bildirib ki, siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək, 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə olunacaq çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr edilərək istifadəçilərə çatdırılacaq.

T.Budaqov oktyabrın 1-10-da respublikada əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi, yəni əhaliyə dair demoqrafik, iqtisadisosial əlamətlər üzrə dolğun məlumatların əldə edilməsi üçün ilk növbədə bu prosesdə vətəndaşların fəal iştirakının, habelə siyahıyaalmasorğu vərəqələrindəki sualların düzgün cavablandırılmasının vacibliyini qeyd edib. Bildirib ki, siyahıyaalma suallarına verilən dolğundüzgün cavablar hər şeydən əvvəl bir vətəndaşlıq borcudur, çünki siyahıyaalmadan əldə olunacaq məlumatlar ölkəmizin gələcək inkişafı məqsədilə qəbul ediləcək qərarlar üçün əsas informasiya mənbəyi olacaq, bundan üzvü olduğumuz bütün cəmiyyət bəhrələnəcək.

Sonra KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

 

Azərbaycan.- 2019.- 2 oktyabr.-  S. 6.