Beynəlxalq qurumlar ARDNF-nin şəffaf və mükəmməl fond olduğunu vurğulayırlar

 

İlin sonunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) təsis edilməsinin 20 ili tamam olacaq. Ötən illər ərzində bu fond Azərbaycanın inkişafında böyük rol oynayıb və dünyanın ən şəffaf suveren fondlarından biri kimi tanınıb. Cari il sentyabrın 26-da ARDNF-nin 20 illik yubileyi çərçivəsində fondun təşkilatçılığı, Beynəlxalq Maliyyə Korporasiyasının tərəfdaşlığı və Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə Bakıda keçirilən "Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” konfransı bu qurumun qazandığı nüfuz və etimadın daha bir göstəricisinə çevrildi.

ARDNF Ümummilli Lider Heydər Əliyevin əvəzsiz yadigarlarından biridir. Məlum olduğu kimi, sovet dönəmində Azərbaycanda böyük həcmdə neft çıxarılırdı. Lakin keçmiş SSRİ-nin planlı təsərrüfatı, ittifaqa daxil olan bütün respublikaların ümumi büdcədən eyni dərəcədə faydalanması təbiətin bəxş etdiyi bu zənginlikdən xalqımızın lazımınca bəhrələnməsinə imkan vermirdi.

Müstəqilliyin bərpasından sonrakı ilk illər isə Azərbaycan üçün çətin keçdi. Məlum səbəblərdən ölkə iqtisadiyyatı, o cümlədən neft-qaz sənayesi tənəzzülə uğradı. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və dünyadakı nüfuzu sayəsində 1994-cü ildə tanınmış beynəlxalq neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsi üçün sazişin imzalanmasından sonra Azərbaycan iqtisadiyyatının qəddi düzəldi. Ölkənin gələcək inkişafına təkan verən bu möhtəşəm kontrakt "Əsrin müqaviləsi” adını aldı. "Əsrin müqaviləsi” ölkəmizin yeni neft-qaz strategiyasının əsasını qoydu və təsdiqlədi ki, müstəqil Azərbaycanın xalqı suveren hüquqlara malikdiröz sərvətinin sahibidir.

Bu sərvətin xalqa davamlı şəkildə xeyir-bərəkət gətirməsi məqsədilə 1999-cu il dekabrın 29-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun təsis edilməsi haqqında fərman imzaladı. Bir il sonra - 2000-ci il dekabrın 29-da Ulu Öndərin növbəti fərmanı ilə ARDNF-nin Əsasnaməsi təsdiq olundu. Bundan yarım il sonra daha bir fərmanla fondun vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edildiqurum əməli fəaliyyətə başladı.

ARDNF-nin fəaliyyəti xeyirxah, məqsədyönlü və uzaqgörən siyasət əsasında qurulub. Qurumun qarşısında çox mühüm vəzifələr dayanır və hamısı müvəffəqiyyətlə yerinə yetirilir. Yeri gəlmişkən qeyd edək ki, həmin vəzifələr sırasında ölkədə makroiqtisadi sabitliyin qorunması, neft gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafının təmin edilməsi və s. xüsusi yer tutur. Fondun fəaliyyəti eləcə də ölkənin sosial-iqtisadi tərəqqisi naminə nəhəng layihələrin maliyyələşdirilməsinə yönəldilib. Neft ehtiyatları bərpa olunmur, yəni hasil edildikcə azalır, tükənir. Ona görə Neft Fondunun ən başlıca vəzifələrindən biri gəlirlərin nəsillər arasında bərabər bölüşdürülməsi, gələcək üçün ehtiyat vəsaitlərin toplanmasıdır.

Bu il mayın 29-da 26-cı Beynəlxalq Xəzər NeftQaz Sərgisinin açılışında Prezident İlham Əliyev demişdir: "Dövlət Neft Fondunun yaradılması və Dövlət Neft Fondunun xətti ilə ən vacib məsələlərin həlli - bu da uğurlu neft siyasətimizin nəticəsində olmuşdur. Yüzdən çox köçkün şəhərciyi Dövlət Neft Fondunun xətti ilə inşa edilmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və infrastruktur layihələrinə investisiya qoyuluşu da məhz bu layihələrlə bağlıdır. Biz son illərdə əsas infrastruktur layihələrimizi icra etdikbu istiqamətdə işlər davam etdirilir... Bu layihələrin icrası və ümumiyyətlə, Azərbaycanın əsası Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının icrası tamamilə yeni bir vəziyyət yaratmış və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. Biz neftdən əldə edilən gəlirləri qeyri-neft sektorunun inkişafına, insan kapitalına qoymağa başlamışıq. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağının tikilməsi, yeniləşən infrastruktur, sosial layihələrin, vətəndaşların sosial problemlərinin həlli - bütün bunların təməlində bizim uğurlu neft siyasətimiz dayanır”.

Sentyabrın 20-də Heydər Əliyev Mərkəzində "Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə dövlət başçısı ARDNF-nin Azərbaycanın həyatındakı böyük rolunu bir daha vurğuladı, qurumun şəffaf fəaliyyətini qeyd etdi: "Əsrin kontraktı”nın çox böyük faydası varbiz vəsaitdən düzgün istifadə etdik. Neft Fondunun gəlirlərindən yalnız büdcə çərçivəsində istifadə etmək mümkündür. Yəni Azərbaycan vətəndaşları Milli Məclisdə öz təmsilçiləri vasitəsilə bu vəsaitin bölgüsündə iştirak edirlər”.

Bütün bunların nəticəsidir ki, bir çox beynəlxalq təşkilatlar da ARDNF-nin fəaliyyətini yüksək qiymətləndirirlər. Bu günlərdə Prezident İlham Əliyev Beynəlxalq Maliyyə Korporasiyasının iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edəndə həmin məsələlərə ətraflı toxunulub. H.Lankes deyib: "Dövlət Neft Fondu bizim uzunmüddətli yaxın tərəfdaşımızdır. Zənnimizcə, bu fond peşəkarcasına idarə olunan fondlardan biridirbiz bu əlaqələrimizə böyük önəm veririk... Azərbaycan Respublikası Dövlət Neft Fondunun özünəməxsus sərmayə strategiyasına malik olması rəmzi məna daşıyır. Bir sözlə, çox yaxşı münasibətlərimiz mövcuddur”.

"Müsbət təsirli investisiya: institusional investorlar üçün imkanlar və çağırışlar” konfransında isə ARDNF-nin inkişaf etməkdə olan iqtisadiyyatlardan BMK-nın Vəsaitlərin İdarə Edilməsi (Asset Management Company) şirkətinin idarə etdiyi aktivlərə sərmayə qoymuş ilk investor olduğu bildirilib.

ARDNF-nin vəsaitlərindən bacarıqla, məqsədyönlü istifadə edilməsi Prezident İlham Əliyevin yürütdüyü düzgün, uzaqgörən siyasətin nəticələrindən biridir. Dövlət başçısının özünündediyi kimi: "Biz qara qızılı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdikbu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 2 oktyabr.-  S. 7.