Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

 

Hörmətli cənab Prezident,

Almaniya Federativ Respublikasının milli bayramıAlman Birliyi Günü münasibətilə Sizə bütün xalqınıza öz adımdan Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Almaniya əlaqələri geniş spektri əhatə edir. Ölkələrimiz arasında konstruktiv siyasi dialoq, səmərəli iqtisadi əməkdaşlıq humanitar mübadilələr qarşılıqlı münasibətlərimizi səciyyələndirən mühüm amillərdəndir.

İnanıram ki, ikitərəfli çoxtərəfli müstəvidə əməkdaşlığımız bundan sonra da davamlı şəkildə inkişaf edərək ölkələrimiz xalqlarımız üçün hər cəhətdən faydalı olacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim əmin-amanlıq firavanlıq diləyirəm.

 

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2019-cu il.

 

Azərbaycan.- 2019.- 3 oktyabr.-  S. 2.