“Bələdiyyə
seçkilərində seçicilərin təşəbbüs
qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və
ya seçicilərin təşəbbüs
qrupları tərəfindən irəli sürülməsi
qaydaları haqqında Təlimat”da dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar ¹ 5/18
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2006-cı il 7 iyun tarixli 28/106 saylı Qərarı ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində seçicilərin təşəbbüs qruplarının yaradılması, namizədlərin öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülməsi qaydaları haqqında Təlimat”a "1A saylı əlavə” təsdiq edilsin, 3.2-ci bənddə "1 saylı əlavə” sözləri "1A saylı əlavə” sözləri ilə əvəz edilsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 6.