Bəzi dairə seçki komissiyalarının tərkibində
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Mərkəzi
Seçki Komissiyasının Qərarı
Qərar № 5/19
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə
uyğun olaraq qərara alır:
1. Mədinə Fəxrəddin qızı Abbasova 122 saylı Xankəndi seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.
2. Seymur Həbib oğlu Hüseynov və Azər Nazim oğlu Əsgərov 37 saylı Nizami birinci (Gəncə), Şahnaz Qədir qızı Əliyeva 39 saylı Kəpəz birinci (Gəncə), Dilşad Sabir qızı Qafarova 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 6.