Valideyn himayəsindən məhrum uşaqlar müharibə və əmək əlilləri
üçün pansionatın sakinlərini
ziyarət ediblər
Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Günü münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə 1 saylı uşaq evinin sakinləri də iştirak ediblər. Balacaların təqdim etdikləri səhnəcik, rəqs və bədii qiraət nümunələri görüşə xüsusi rəng qatıb. Əyləncəli proqramla davam edən tədbirdə müsabiqə və yarışlar keçirilib, qaliblər mükafatlandırılıb. RİİB-in Bakı regionu üzrə könüllülərinin iştirakı ilə keçən tədbirdə 1 saylı uşaq evinin sakinləri və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri öz əl işləri olan hədiyyə və açıqcaları, yazdıqları məktubları ahıllara təqdim ediblər.
Görüşün keçirilməsində məqsəd əlamətdar
gündə pansionatin sakinlərinə xoş ovqat bəxş etməklə
yanaşı, valideyn himayəsindən məhrum
olmuş uşaqlarla
ahıl və tənha insanları bir araya gətirmək, onlar
arasında səmimi ünsiyyətin qurulmasına zəmin yaratmaq idi. Tədbir
həm də balacalarda yaşlılara
hörmət və mərhəmət hissini
artırmağa, onlara diqqət və
qayğı göstərmək kimi
müsbət keyfiyyətləri aşılamağa yönəlmişdi.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 7.