Azərbaycan Ordusunun qapalı hərbi şəhərciklərində
əhalinin siyahıya alınmasına dair
hazırlıq işləri başa
çatdırılıb
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələblərinin icrası ilə əlaqədar ölkə ərazisində əhalinin növbəti siyahıyaalınması prosesi başlayıb.
Müdafiə Nazirliyindən
AZƏRTAC-a bildiriblər ki, oktyabrın
10-dək davam edəcək bu prosesin icrası ilə əlaqədar
Azərbaycan Ordusunun qapalı hərbi
şəhərciklərində əhalinin siyahıya
alınmasının operativ və
vaxtında aparılması istiqamətində Müdafiə naziri tərəfindən vəzifəli şəxslər
qarşısında konkret
tapşırıqlar qoyulub.
Hazırlıq işləri qısa müddətdə başa çatdırılıb.
Azərbaycan.- 2019.- 3 oktyabr.- S. 8.