Sahibkarlar etimadı doğruldur
İnkişaf etmiş ölkələrin iqtisadi
gücünün artmasına diqqət
yetirdikdə görürük ki, həmin ölkələr buna
dərin islahatlar keçirməklə nail olub. Bu
ölkələrdə aparılan islahatlar
həm hüquqi, həm də maliyyə qanunvericiliyi ilə tənzimlənib. Azərbaycanda da islahatlar aparılarkən
bu iki vacib
elementə diqqət yetirilib. Belə ki, ilk növbədə
iqtisadi inkişafa nail
olmaq üçün
qanunvericilik bazası yaradılıb. Bunun ardınca
onun maliyyələşmə
mexanizmləri işlənərək
hazırlanıb.
Heç kəsə sirr deyil ki, müstəqilliyimizin
ilk illərində özəl
sektora dövlət tərəfindən dəstək
verilməsəydi, təkcə
qəbul edilən qanunlarla sahibkarlığı
və özəl sektoru inkişaf etdirmək mümkün olmazdı. Dövlət sahibkarlığın formalaşması,
ilkin kapitalın əldə edilməsi üçün güzəştli
kreditlər verdi.
Bundan istifadə edən iş adamları tədricən öz bizneslərini inkişaf etdirməyə başladı. Hazırda Azərbaycanda mükəmməl
sahibkarlıq sektoru formalaşıb. İş adamlarımız
nəinki ölkədə,
hətta xarici dövlətlərdə belə
biznes qura bilirlər. Bir daha qeyd edək ki, bütün
bu imkanları onlar dövlət tərəfindən verilən
dəstək sayəsində
qazanıblar.
Prezident
İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci
ilin sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunan iclasında dövlətin
sahibkarlığın inkişafına
xüsusi önəm verdiyini vurğulayaraq demişdir: "Bu il sahibkarlığın inkişafı
ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm
ki, əvvəlki illərdə 2,2 milyard manat məbləğində
güzəştli kreditlər
verilmişdir, keçən
il isə 160 milyon manat...
Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik. Sahibkarlara
daha böyük kömək göstərmək
üçün indi bir çox ölkələrə ixrac
missiyaları təşkil
olunur... İnvestisiya təşviqi mexanizminin
işə düşməsi
də çox ciddi islahat idi.
Bu proqram 333 layihəni
əhatə edir.
Onlardan
107-si 2018-ci ildə icra
edilib. İnvestisiya
təşviqi proqramı
çərçivəsində həyata keçirilən
layihələrin dəyəri
2,8 milyard manatdır”.
Aparılan islahatların əsas hədəflərindən biri
də qeyri-neft sektorunun inkişafıdır. Bu məqsədlə sahibkarlara
bir sıra güzəştlər edilir.
Sənaye zonalarının, sənaye məhəllələrinin,
sənaye parklarının
yaradılması geniş
vüsət alıb.
Ölkənin paytaxtı
ilə yanaşı Sumqayıt, Gəncə, Mingəçevir və digər şəhərlərdə
də bu proses həyata keçirilir. Bugünə qədər sənaye
parklarımızda 67 rezident
qeydiyyatdan keçib, onlardan 40-ı fəaliyyət
göstərir. Sənaye parklarında
həyata keçirilən
layihələrə 5 milyard
manatdan çox kapitalın qoyulması nəzərdə tutulub.
Ümumilikdə isə regionlarda yaradılmış 9 sənaye
parkı və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident hazırda fəaliyyət göstərir. Nəzərdə
tutulan 6,4 milyard manat sərmayədən
indiyədək 5,7 milyard
manatı faktiki olaraq yatırılıb. Qeyd edək ki, bu
sahəyə yatırılan
kapital özünü
doğruldub. Belə
ki, həmin layihələrin icrası
nəticəsində 1,5
milyard manatlıq məhsul istehsal olunub ki, onun
da 300 milyon manatlığı ixrac edilib.
İstər texnoparklarda, istərsə
də aqroparklarda dövlət vəsaiti onun mükəmməl infrastrukturunun yaradılmasına
yönəldilir. Yəni sahibkarlar qaz, su, işıq, kanalizasiya, yol və digər infrastruktur olan ərazidə iş qururlar. Bununla yanaşı, onlara
digər güzəştlər
də olunur. Həmin sahələrdə
fəaliyyət göstərən
sahibkarlar gətirdikləri
avadanlıqlara görə
gömrük rüsumu
ödəmir, 5 il ərzində vergini 50 faizlə ödəyirlər.
Məlumdur ki, qeyri-neft sektorunda məşğul əhalinin və coğrafiyanın böyüklüyünə
görə birinci yerdə kənd təsərrüfatı durur. Dövlət həm ərzaq təhlükəsizliyini təmin
etmək, həm də regionda yaşayan əhalinin məşğulluğunu artırmaq
üçün bu sahəyə də kapital qoyuluşu həyata keçirilir.
Ölkədə 51 aqroparkın
yaradılması istiqamətində
çox iş
görülüb. Hazırda 22 aqropark
fəaliyyət göstərir,
ilin sonuna kimi daha 11 aqroparkın
fəaliyyətə başlaması
nəzərdə tutulur.
Bu layihələrin icrası
nəticəsində ölkə
iqtisadiyyatına 2,4 milyard manat əlavə
investisiya qoyulacaq.
Regionlarda həyata keçirilən
investisiya təşviqi
siyasəti də öz müsbət nəticəsini verir. Bunun sayəsində
bölgələrdə sahibkarlıq
inkişaf edir, məhsul istehsalı artır, əhalinin işlə təminatı
yaxşılaşır. Bugünədək regionlarda
400-ə qədər layihə
təşviq olunub və onların nəticəsində ölkə
iqtisadiyyatına 3,4 milyard manat sərmayə
qoyulub. Sözsüz ki, bu sahəyə sərmayə
yatıran sahibkarlara da xüsusi güzəştlər edilir.
Bu da bölgələrdə
sahibkarlığın inkişafına
öz müsbət təsirini göstərir.
Dövlət Statistika Komitəsinin
verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün
bütün maliyyə
mənbələrindən əsas
kapitala 8627,2 milyon manat vəsait
yönəldilib. Həmin
dövrdə neft-qaz sənayesinə yatırılan
sərmayələr azalsa
da, qeyri-neft sektoruna yönəldilən
vəsaitin həcmi 5,7 faiz artıb.
Ümumi
sərmayənin 48 faizi
dövlət, 52 faizi qeyri-dövlət, yəni
sahibkarlara məxsus olub. Bu onu
göstərir ki, dövlətin qayğısı
sayəsində sahibkarlıq
yüksək səviyyədə
inkişaf edib və kapital qoyuluşunda öndədir.
Aparılan iqtisadi islahatlar, ölkənin dinamik inkişafı statistik rəqəmlərdə də
özünü göstərir. Cari ilin birinci yarısında
ölkə iqtisadiyyatı
2,4, qeyri-neft sektoru
3,2, qeyri-neft sənayesi
15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən
çox, qeyri-neft ixracı 15, kənd təsərrüfatı məhsullarının
istehsalı 13 faiz artıb.
Cari ilin yanvar-avqust aylarında sənaye müəssisələri və
bu sahədə fəaliyyət göstərən
fərdi sahibkarlar tərəfindən istehsal
olunan mallar və göstərilən
xidmətlər 2 faiz artaraq 30,9 milyard
manat təşkil edib. Ötən ilin eyni dövrü
ilə müqayisədə
qeyri-neft sektorunda məhsul istehsalı 15,2 faiz artıb.
Həmin
dövrdə sənayedə
özəl sektorun payı 82 faizə çatıb. Bu da qeyri-neft sektorunda
sahibkarların lider olduğunu bir daha təsdiq edir.
Azərbaycanda həyata keçirilən
islahatlar, ölkəmizin
iqtisadi sahədə qazandığı uğurlar
nüfuzlu beynəlxalq
təşkilatlar tərəfindən
daim yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz Dünya Bankının nüfuzlu "Doing Business 2020” hesabatında
ən islahatçı
20 ölkə sırasına
daxil edilib.
Hesabata əsasən,
Azərbaycan "Doing Business” üzrə dörd sahə üzrə sahibkarlıq fəaliyyəti
ilə məşğul
olmağı asanlaşdırıb. Bu sahələr əmlakın
qeydiyyatı, kreditlərin
alınması, minoritar
investorların hüquqlarının
qorunması və müqavilələrin icrasının
təmin edilməsidir.
Hesabatda qeyd edilir ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşdirmənin təkmilləşdirilməsi və daşınmaz əmlak prosedurlarının çevikliyi nəticəsində onların qeydiyyat prosesi daha da sürətlənib. Minoritar investorların hüquqlarının müdafiəsi tərəflərin imzaladığı əlverişsiz sazişlər üzrə məsuliyyətin direktorlar üzərinə qoyulmasından sonra güclənib. Kommersiya ilə bağlı mübahisələr yarandıqda tərəflər onlayn olaraq müraciət göndərə və vasitəçilik etmək üçün maddi stimul əldə edə bilərlər.
Xatırladaq ki, Azərbaycan "Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlmişdi. İndi isə ən islahatçı ölkə kimi 20-ci yeri tutması Azərbaycanın reytinqinin ildən-ilə daha da yüksəldiyini göstərir.
Rüstəm
KAMAL
Azərbaycan.- 2019.- 4 oktyabr.- S. 1; 3.