Bakıda Alman Birliyi Günü qeyd edilib
Oktyabrın 3-də Almaniyanın Bakıdakı
səfirliyi ölkənin
milli bayramı – Alman Birliyi Günü
münasibətilə rəsmi
qəbul təşkil
edib.
AZƏRTAC xəbər verir ki, qəbulda
əvvəlcə Azərbaycanın
və Almaniyanın dövlət himnləri səsləndirilib.
Səfir Volfqanq Maniq tədbirdə çıxış
edərək Alman Birliyi Gününün tarixindən danışıb.
Azərbaycan ilə Almaniya arasında mövcud əlaqələrdən söhbət
açan səfir deyib ki, Almaniya
Bakıda səfirlik açan ilk ölkələrdən
biridir. 1992-ci ildən
bu günədək
biz iki ölkə olaraq çox nailiyyətlər qazanmışıq.
Azərbaycanda Almaniyanın bir
çox elmi-mədəni
mərkəzləri fəaliyyət
göstərir. Bütün bunlar
ölkələrimiz arasında
münasibətlərin yüksək
səviyyəsindən xəbər
verir. Diplomat bu əlaqələrin bundan sonra da
inkişaf edəcəyinə
əmin olduğunu bildirib.
Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev əlamətdar gün münasibətilə alman
xalqını Azərbaycan
Hökuməti adından
təbrik edib. O deyib ki, bir çox
beynəlxalq məsələlərdə
Azərbaycanın və
Almaniyanın mövqeləri
üst-üstə düşür.
Bu da iki
ölkə arasında
yüksək səviyyəli
əlaqələrin olduğunu
göstərir. Ölkələrimiz beynəlxalq təşkilatlar
çərçivəsində sıx əməkdaşlıq
edirlər. Ticarət dövriyyəsində
müsbət dinamika
var. Azərbaycan və
Almaniya təhsil, enerji, humanitar və digər sahələrdə yaxşı
əlaqələrə malikdirlər.
Qəbulda rəsmi şəxslər,
deputatlar, diplomatlar,
media təmsilçiləri, ictimaiyyətin nümayəndələri
iştirak ediblər.
Azərbaycan.- 2019.- 4 oktyabr.- S. 3.