Şərur
yallıları
Bu milli oyunun Naxçıvanda 100-dən çox növü olub
Elə ki hava qaraldı, gecənin bağrını dələn bir səs yüksəlir göyə - "Yallı”nın səsi. Onda nə hikmət, nə ululuq varsa adamı tez ofsunlayır, sehrinə salır. Nağaranın səsi dağlarda, daşlarda əks-səda verir. Hay-harayın kəndləri bürüdüyünün şahidi olursan, qollar çarpazlaşır, ayaqlar şimşəkdən sanki güc alır, musiqinin adamı yerindən oynadan xoş sədaları ətrafa yayılır. Oğuz elinin oğulları mağar boyu halay qurur, yallı tuturlar.
Yaşlı nənələr, sinəsi
sazlı-sözlü babalar - müdriklik mücəssəməsi olanlar danışırlar ki,
qədimlərdə də belə olub:
Şərur elinin toyları təmtəraqlı
keçib. Bütün
məclislərdə elimizin gözəl rəqsi
olan "Yallı”nı hamı şövq ilə oynayıb. Toy
yallı ilə başlayıb, elə onunla
da sona çatıb.
Şərurda az adam
tapılar ki, bütövlük,
birlik simvolu olan, vətənpərvərlik, mübarizlik təlqin edən bu
qədim rəqsi oynamağı bacarmasın. Elə "Yallı”
Şərur elinin
"milli emblem”idir” aforizmi də bu mənada yaranıb. Həm də ona görə ki, Şərur deyiləndə
folklorumuzun bu qədim növü yada düşür.
Müasir dövrdə, mədəniyyətlərin
qovuşağında, inteqrasiyasında
yallılarımız da
milli-mənəvi dəyərlərimiz
kimi, sərhədlər
aşıb heyrət yaradır. Şərurda fəaliyyət göstərən
folklor ansamblları incəsənətimizin bu
nadir növünü qoruyub
saxlayaraq yaşadır,
nəsildən-nəslə uğurla əmanətləyirlər.
Yallılar milli pasportumuz olan tarixi abidələrimiz
qədər dəyərlidir. Səs-sorağı sərhədləri aşır
Şərur yallısının.
1924-cü ildən fəaliyyətə başlayan
"Yallı” folklor ansamblı böyük səhnəyə 1936-cı ildən
çıxıb. 1938-ci
ildə Moskvada keçirilən Azərbaycan
mədəniyyəti və
incəsənəti ongünlüyündə
doğurduğu rezonans
isə o zaman dahi bəstəkarımız
Üzeyir bəy Hacıbəylinin bu münasibətlə kollektivə
göndərdiyi təbrik
teleqramında da öz əksini tapıb.
Bu qədim el sənətini
yaşadan kollektiv Azərbaycan tarixinin dirçəliş mərhələsinin
başlanğıcından fenomenal şəxsiyyət
olan Heydər Əliyevin diqqət və qayğısı sayəsində hələ
sovetlər dönəmində
ümumittifaq miqyaslı
tədbirlərin fəal
iştirakçısına çevrilib.
Yallılarımız Azərbaycanın milli mədəniyyətinin, folklorunun
gözəl incisidir. Yallılar Azərbaycanın
bir çox bölgələrində yayılıb
və inkişaf edib. Amma yallının çox növü Şərurda daha geniş yayılıb: "Şərur
yallısının çox
böyük tarixi var.
Bir əsrə bərabər yaşı olan bu rəqs
növü günümüzədək
qorunub saxlanılıb.
Məqsədimiz yallılarımızı gələcək nəsillərə
təqdim etməkdən
ibarətdir. "Şərur” yallı ansamblı əvvəllər
kiçik qrup şəklində olub.
Sonradan dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin SSRİ Ali Sovetinə
bu rayondan deputatlığa namizədliyi
irəli sürülüb.
Onun seçiciləri ilə göruşə gəlməsi
zamanı konsert proqramı təşkil olunub. Orada yallı da oynanılıb. Bu qədim rəqs növü bəstəkarın
xoşuna gəlib.
Deyib ki: "Azərbaycanda da yallılar var. Amma yallı Şərurda doğulub. Yallının məkanı Şərurdur”.
Belə gözəl fikirlər müəyyən zamanlarda
Ulu Öndər Heydər Əliyev tərəfindən də
deyilib. Bakıda keçirilən tədbirlərdə
iştirak edəndə,
Ulu Öndərin bizim kollektivə yaxınlaşıb söylədikləri
xatirimdədir: "Şərur”
yallısı bizim dünənimiz, bugünümüz
və gələcəyimizdir.
Şərur yallılarını qoruyub saxlamalıyıq”.
"Şərur” yallı
ansamblı nəinki Azərbaycanda, ondan kənarda, dünyanın bir çox ölkələrində keçirilən
folklor festivallarına
qatılıb. Keçmiş SSRİ dönəmində Almaniyada, Macarıstanda, Polşada olan ansambl 2000-ci ildə Misir Ərəb Respublikasında keçirilən
folklor festivallarında
iştirak edib. Kollektiv orada yüksək çıxışına görə
"Qızıl açar”
mükafatına layiq görülüb. Mədəni
əlaqələr genişləndikdən
sonra demək olar ki, kollektiv
bir qayda olaraq, hər il Türkiyəyə
dəvət olunur, folklor festivallarında iştirak edir.
Ansamblın üzvlərinin əksəriyyəti
Azərbaycanın və
Naxçıvanın fəxri
adlarına layiq görülüb. Onların arasında Prezident
mükafatçıları da var.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov Şərur yallıları
haqqında fikirlərini
belə ifadə edib: "Naxçıvanın
üç incisi bizim üçün xüsusilə əzizdir: Əshabi-Kəhf, Gəmiqaya
və Şərur yallıları”.
Mənbələrdə göstərilir ki, "Yallı” rəqs növünün tarixi çox qədimdir: yazılı mədəniyyətdən
əvvəlki dövrlərə
təsadüf edir. Oğuz ellərinin
həyat tərzi, məişəti, dünyagörüşü
"Kitabi-Dədə Qorqud”
dastanının boylarında
sözlə, fikirlə,
yallılarda isə rəqslə, ritmlə, hərəkətlərlə ifadə
olunur. Mütəxəssislərin
fikrincə, bir vaxtlar Şərur bölgəsində yallının
100-dən çox növü
olub: "Çolağı”,
"Üç addım”,
"Köçəri”, "Dönə Yallı”,
"Qaz-qazı”, "El Yallısı”,
"İki ayaq”,
"Qaladan-qalaya”, "Şəranı”
və s.
Onların bir qismi toy mərasimlərində,
el şənliklərində yaşadılaraq bugünə
gəlib çıxıb. Şərur yallısının
qorunması, yaşadılması
və təbliğində
"Şərur” yallı
ansamblının mühüm
rolu olub.
1972-ci ildə Almaniya
Demokratik Respublikasında
folklor festivalı keçiriləndə "Şərur”
yallı ansamblını
həmin tədbirə
Xalq artisti Əminə Dilbazi hazırlaşdırır. Məşhur
rəqqasə xatirələrində
yazırdı: "Mən
bilirdim ki, bizim yallı mədəniyyətimiz Naxçıvanda
- Şərur torpağındadır.
Biz ora - Almaniyaya
elə bir folklor nümunəsi aparmalıyıq ki, üstündə xalqımızın
möhürü olsun.
Bu, Şərur yallısı idi”.
Həmin
il ansambl
SSRİ Ali Sovetinin fəxri
fərmanı ilə təltif olunur. Kollektivə xalq yallı ansamblı statusu verilir. 1984-cü ildə Polşanın Zelyonnaya Qora şəhərində təşkil
olunan beynəlxalq festivala qatılan ansamblın fəaliyyətini
əks etdirən
"Şərur yallısı”
sənədli filmi çəkilir. Kollektivin
bu uğurlarında Əminə Dilbazi, Əlibaba Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi Azərbaycanın tanınmış musiqi və rəqs ustalarının böyük
xidmətləri olub. Müstəqillik dövründə ansambl daha böyük
uğurlara imza atır. Kollektiv 1997-ci ildə Türkiyənin
İsgəndərun, 1998-ci ildə Bayburt şəhərlərində keçirilən
Dədə-Qorqud festivallarında
uğurla çıxış
edir. 2001-ci ildə Misirin paytaxtı Qahirədə
XII Beynəlxalq Folklor
Festivalında da yüksək sənət nümayiş etdirir.
Bu gün Şərur
rayonunda "Şərur
qönçələri” "Uşaq yallısı”,
"Gənclər yallısı”
və "Nurani yallısı” fəaliyyət
göstərir.
"Naxçıvan-Şərur el yallıları” kitabı da xalq musiqi
və xoreoqrafiya incilərinin qorunub saxlanması və gələcək nəsillərə
çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb
edir. Naxçıvan Muxtar
Respublikasının əməkdar
mədəniyyət işçisi
Əkrəm Məmmədli
deyir ki, yallıların əksəriyyəti
xalqın süzgəcindən
süzülərək indiki
dövrümüzə qədər
gəlib çıxmışdır:
"...Yallıların toplanıb
nota salınması işini
oğlum Kənan Məmmədli ilə özümüzə vəzifə
borcu saydıq və bu yallıları
toplayıb nota saldıq.
92 yallı növü
topladıq. Azərbaycanın əməkdar mədəniyyət
işçisi İsgəndər
Əliyevlə, MR-in əməkdar
artisti, tarzən Zöhrab Axundovun köməyi ilə yallıların toplanmasını
həyata keçirdik.
Yallıların əksəriyyət növü Şərur bölgəsində inkişaf
edib. Gözəl musiqi və
xoreoqrafiya abidəmiz olan yallıları toplayıb kitab halında gələcək
nəslə ərmağan
etdik. Belə qənaətə gəldik ki, harada yallı varsa, ora oğuz
türklərinin torpağıdır”.
Unutmayaq ki, yallı xalqımızın birlik rəmzidir. Onu qoruyub saxlamaq
isə hər kəsin müqəddəs
borcudur.
Adilə
SƏFƏROVA,
əməkdar mədəniyyət
işçisi
Azərbaycan.- 2019.- 4 oktyabr.- S. 6.