Nəsiminin 650 illik yubileyi Berlində qeyd edilib

 

Almaniyanın paytaxtı Berlində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə böyük şair mütəfəkkir İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bəstəkarlarımızın əsərlərindən ibarət konsert təşkil edilib.

Konsertdən əvvəl çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirakçılara İmadəddin Nəsiminin (1369-1417) ömür yolu bənzərsiz yaradıcılığı haqqında məlumat verib.

Azərbaycanın dünya musiqisinə böyük töhfə verdiyini qeyd edən səfir R.Həsənov müsəlman dünyasında ilk operanın, o cümlədən ilk balet musiqisinin ölkəmizdə ərsəyə gəldiyini nəzərə çatdırıb.

Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin yaradıcılığından söz açan Ramin Həsənov onun 2008-ci ildə UNESKO-nun "Sülh artistiadına layiq görüldüyünü, Azərbaycan mədəniyyətinin xaricdə tərənnüm edilməsinə, eləcə dünya musiqisinə böyük töhfə verdiyini nəzərə çatdırıb. O, bəstəkarın Nəsimi irsi əsasında ərsəyə gətirdiyi "Dərviş”, "Zikr”, "Nəsimi passionukimi əsərlərinin olduğunu bildirib.

 

Azərbaycan.- 2019.- 4 oktyabr.-  S. 6.