DSX rəisi Ermənistanla
dövlət sərhədində xidməti-döyüş fəaliyyətini
yoxlayıb
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev oktyabrın 2-3-də Xidmətin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
Dövlət Sərhəd Xidmətinin
mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, son günlər xidməti
ərazidəki əməliyyat şəraiti, Ermənistan
silahlı qüvvələrinin bölmələri tərəfindən
mütəmadi olaraq atəşkəs rejiminin pozulması, təxribat-diversiya cəhdləri
və bununla əlaqədar
görülən tədbirlər barədə vəzifəli
şəxslərin məruzələri dinlənilib. Dövlət sərhədinin müdafiəsi və
mühafizəsi üzrə xidməti fəaliyyətin təkmilləşdirilməsi,
düşmənin təxribatlarının
qarşısının qətiyyətlə alınması,
şəxsi heyətin təhlükəsizliyinin daha da gücləndirilməsi
barədə tapşırıqlar verilib.
Azərbaycan.- 2019.- 4 oktyabr.- S. 7.