Leyla Abdullayeva: Ermənistanın
gərginliyin artırılmasına yönəlmiş siyasəti
bölgədə sülh və təhlükəsizliyə
başlıca maneədir
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva oktyabrın 2-də Azərbaycanın Qazax rayonunda Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə açdığı atəş nəticəsində azərbaycanlı mülki şəxsin öldürülməsi ilə bağlı KİV-ə açıqlama verib.
AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva Ermənistan silahlı qüvvələrinin növbəti təxribata əl atdıqlarını, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuzu atəşə tutduqlarını bildirib. İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub.
"Ümumiyyətlə,
xatırlatmaq istərdik ki, münaqişə
ərzində azərbaycanlı mülki
şəxslərin məqsədyönlü şəkildə
qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin
fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş
vermiş qanlı qətliam, eləcə
də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə
yaxın ərazilərdə yaşayan
azyaşlı uşaqların öldürülməsi
halları bunun bariz sübutudur. Son zamanlar tendensiya
halını almış və Ermənistan rəhbərliyinin
məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları
onu təsdiq edir ki, təəssüf ki,
işğalçı ölkənin bəyanat və əməlləri
münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən
ziddir. Bu hərəkətlər heç
bir halda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin
gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli
prosesinin irəli aparılması və substantiv danışıqlar üçün
müvafiq şəraitin
yaradılmasına dair birmənalı
çağırışının əks olunduğu
25 sentyabr 2019-cu il
tarixli bəyanatının ruhu və mahiyyətinə uyğun
gəlmir. Biz Ermənistan tərəfinin növbəti mənfur
hərəkətini qətiyyətlə pisləyirik və bir daha
xatırladırıq ki, məhz Ermənistan
tərəfinin gərginliyin artırılmasına yönəlmiş
siyasəti sülh prosesində irəliləyişin
əldə olunmasına və bölgədə sülh və təhlükəsizliyə
başlıca maneə təşkil edir”,
- deyə XİN rəsmisi bildirib.
Azərbaycan.- 2019.- 4 oktyabr.- S. 7.