S.K.Hacıyevə
“Əməkdar hüquqşünas” fəxri
adının verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Qanunvericiliyin inkişafı sahəsində xidmətlərinə görə Sabir Kamal oğlu Hacıyevə Azərbaycan Respublikasının "Əməkdar hüquqşünas” fəxri adı verilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 5 oktyabr.- S. 4.