Gənc nəslin maarifləndirilməsi terrorçuluqla mübarizədə ən səmərəli vasitədir

 

Son illər ölkəmizdə yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik hissinin, milli-mənəvi dəyərlərə bağlılığın daha da gücləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Lakin bu məsələdə hər bir vətəndaş ayıq-sayıq olmalı, görülən işlərə fəal töhfə verməlidir. Çünki düzgünsistemli təbliğat işinin aparılmaması cəmiyyətdə ayrı-seçkiliyə və gənclərin yanlış istiqamətdə formalaşmasına gətirib çıxara bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq Antiterror Təlim Mərkəzinin (DTX BATM) təşkilatçılığı ilə oktyabrın 4-də Quba şəhərində keçirilən "Xarici xüsusi xidmət orqanlarının ölkəmizdə həyata keçirdiyi pozuculuq fəaliyyəti” və "Terrorçuluqla mübarizədə gələcək nəslin maarifləndirilməsi” mövzularında elmi-praktik konfransda səsləndirilib.

Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayonun rəhbər işçiləri, gənclər, həmçinin qeyri-hökumət təşkilatlarının, elm, təhsil və mədəniyyət müəssisələrinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətinin nümayəndələri və DTX-nin əməkdaşları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsi də ehtiramla yad olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransda DTX BATM-in rəisi Rəşad Camalov, Xidmətin əməkdaşları Tural Məmmədov və Azər Əfəndiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış ediblər. Bildirilib ki, terrorçuluq dövlətlər üçün əsas təhlükələrdən biridir. Konfransın əsas məqsədi terrorçuluğa qarşı aparılan mübarizə tədbirləri, eləcə də təhlükəsizlik fəaliyyətinin digər sahələri ilə bağlı gələcək nəslin maarifləndirilməsi və bu mübarizədə onların rolunun artırılmasından ibarətdir. Qeyd olunub ki, dövlətin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bu məsələlər Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu gün təhlükəsizlik sistemində dövrün tələblərinə uyğun islahatların aparılması ölkə rəhbərliyinin xüsusi nəzarətindədir. Dövlət başçısının göstərişi ilə ölkənin milli təhlükəsizlik konsepsiyası hazırlanıb və qəbul edilib. Konsepsiya dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü, xalqın və ölkənin milli maraqlarını daxilixarici təzyiqlərdən qorumaq məqsədilə hazırlanıb və təhlükəsizlik sisteminin XXI əsrin tələblərinə uyğun səviyyədə inkişaf etdirilməsini nəzərdə tutur.

Müasir dövrdə təhlükəsizliyi ciddi təhdid edən terrorizmə və radikalizmə qarşı mübarizə sahəsində DTX tərəfindən həyata keçirilən tədbirlər, həmçinin terrorizmin beynəlxalq coğrafiyası, beynəlxalq terrorçuluqladini ekstremizmlə mübarizə sahəsində görülən işlər barədə də ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, terrorçuluq cəmiyyətdə qorxu və vahimə yaratmaq, insanları öz iradəsinə tabe etdirmək, siyasi hakimiyyət orqanlarına təsir və təzyiq vasitəsidir. Bu baxımdan əks-kəşfiyyat təhlükəsizlik sahəsində əsas istiqamətlərdən biridir və düşmənin kəşfiyyat-pozuculuq fəaliyyətinə, terror-təxribat əməllərinə qarşı yönəlib. Əks-kəşfiyyat fəaliyyətinin əsas məqsədi ölkəmizdə yaşayanburaya göndərilən casusların və təxribatçıların müəyyənləşdirilməsi, terrorçuların aşkarifşa edilməsi, ölkə daxilində xüsusi təhlükəli cinayət törətmiş və ya bunu həyata keçirməyə hazırlaşan şəxslərə qarşı mübarizənin aparılmasından ibarətdir.

Terrorçuekstremist təşkilatların əlaqəsindən və şəbəkələşməsindən də söz açılıb. Vurğulanıb ki, terrorizm müasir dövrdə ən təhlükəli, çətin proqnozlaşdırılan və getdikcə daha müxtəlif formalarda həyata keçirilən, daha hədələyici miqyas alan ciddi təhdidlərdən biridir. Azərbaycan Respublikası da terrordan ciddi zərər çəkmiş ölkələrdən biridir. Regionun təhlükəsizliyinə və inkişafına əsas təhdid mənbəyi Ermənistan və onun yürütdüyü təcavüzkarlıq, qəsbkarlıq siyasətidir.

Qeyd olunub ki, hər bir ölkənin gələcəyi onun gənclərinin düşüncə tərzindən, intellektual səviyyəsindən, milli ruhundan və digər amillərdən asılıdır. Azərbaycan gəncliyi bütün dövrlərdə ölkənin taleyüklü məsələlərinə münasibətdə həlledici məqamlarda öz sözünü deyib. Müstəqilliyin əldə edilməsində olduğu kimi, onun qorunub saxlanılmasında da gənclərin rolu danılmazdır. Bu mənada gənclərin çiyinlərinə böyük yük düşür, çünki gənclər dövlətin həm bugünü, həm də gələcəyidir. Bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkə üçün layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır. Müasir müstəqil Azərbaycana məhz milli şüura malik, vətənpərvər və doğma vətənin tərəqqisi naminə çalışan gənclər lazımdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycanın gənclər siyasəti də məhz bu amala xidmət edir. Buna görə də dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva gənclərin vətənpərvərlik ruhunda yetişmələri, onların vətənə və dövlətə sədaqət ruhunda tərbiyə olunmaları istiqamətində çoxsaylı proqram və layihələrin həyata keçirilməsinə daim xüsusi diqqət göstərirlər.

Çıxışlardan sonra Azərbaycan təhlükəsizlik orqanlarının əks-kəşfiyyat və terrorçuluğa qarşı mübarizə tədbirlərindən bəhs edən film nümayiş olunub.

 

Azərbaycan.- 2019.- 5 oktyabr.-  S. 8.