“LiFFt-2019” IV Avrasiya
ədəbi festivallar
festivalının bağlanış
mərasimi keçirilib
Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində "LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının
bağlanış mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, "Avrasiya Xalqları Assambleyası” beynəlxalq qeyri-hökumət
təşkilatları ittifaqının
dəstəyi ilə keçirilən festivalın
təşkilatçıları Avrasiya xalqlarının
"LiFFt” Mədəni
Layihələrinin İnkişafına
Dəstək Fondu və Heydər Əliyev Fondudur.
Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyasının
baş katibinin birinci müavini Svetlana Smirnova bildirib ki, festival Avrasiya qitəsinin ən tanınmış yazıçı
və şairlərini
bir araya gətirməyə nail olub. Son üç gün ərzində Bakı bu yazarlara ünsiyyətin
bütün gözəlliklərini
hədiyyə edib.
İndi onlar bir-birlərini daha yaxşı anlayırlar.
S.Smirnova IV Avrasiya ədəbi festivallar festivalının
yüksək səviyyədə
təşkil olunduğu
üçün Prezident
İlham Əliyevə
və birinci xanım Mehriban Əliyevaya öz təşəkkürünü bildirib. "Biz özümüzü burada evimizdəki kimi hiss etdik. Çünki hər yerdə
qonaqpərvərlik və
xeyirxahlıqla üzləşdik.
Geri dönən zaman isə ürəklərin istisini
özümüzlə aparacağıq”,
- deyə S.Smirnova söyləyib.
"LiFFt-2019” IV Avrasiya ədəbi festivallar festivalının prezidenti
və səfiri Marqarita Al çıxışında
bildirib ki, festivalın qarşıya
qoyduğu məqsəd
daima gələcək
insan obrazını axtarmaqdır. Bu mənada
adları çəkilən
yazarlar bütün dünyaya gərəklidir.
Sonra III
"LiFFt” festivalının
qalibi Varis Yolçuyev qaliblərə
müxtəlif nominasiyalar
üzrə mükafatlar
təqdim edib. Qızıl medala türkiyəli şair Tüğrul Tanyol layiq görülüb.
Tədbir daha sonra konsert
proqramı ilə davam edib.
Qeyd edək ki, festivala
Türkiyə, Macarıstan,
Polşa, Braziliya, Rusiya, Fransa, Slovakiya, ABŞ, Qazaxıstan,
Monqolustan, Almaniya, Yaponiya Çexiya, İsrail - ümumilikdə
50-dən çox ölkədən
yazarlar qatılıb.
Həmçinin ölkəmizdən iştirakçı və
qonaq qismində 60 yazıçı, şair,
tənqidçi, ədəbiyyatşünas
iştirak edib.
Azərbaycan- 2019.- 5 oktyabr.- S. 8.