Ay duman içində, xəyal da güman

 

Yapon ədəbiyyatının tanınmış simalarından biri olan Ueda Akinari (1734-1809) Azərbaycan oxucularına bir o qədər tanış olmayan yazıçılardandır. Feodal dövrü yapon ədəbiyyatının son klassiklərindən olan yazıçının ədəbi irsi çox məşhurdur bu gün Yaponiyada sevilərək oxunur.

"Duman, sis içində Ay” novellalar silsiləsi isə Akinarinin ən yaxşı əsərləri sırasına daxildir. Nağıl, əfsanə, dastan, hekayə, roman, poema... qədim zamanlardan bütün xalqların bədii yaradıcılığında geniş yer tutub. Bu kitabında milli yapon məişəti isə yazıçının interpretasiyasında özünəməxsus rəng çalarlarla romantizmin realizmlə sintezində, oxucuya yeni cizgilərlə təqdim olunur.

Yapon ədəbiyyatşünasları bunu, hətta, XX əsr yazıçıları Alber Kamyü Kobo Abenin roman-pritçaları ilə müqayisə edirlər.

"Duman, sis içində Ay” əsərini Azərbaycan dilinə çevirən şair-publisist Şükür Şənolun kitabın son sözündə qeyd etdiyi kimi, hadisələrin daha qədim zamanların qarışıq, mübhəm fonunda təsvir olunduğu Akinarinin novellalarında müasirlərini düşündürən, aydın anlaşılan, kəskin, ciddi eyhamlar var: "...Amma yenə Akinarinin novellalarında mətnaltı mənanın, həlledici məziyyətlərin nüvəsindəki siyasətin çəkisi azdır”.

Bu əsərlərin dəyərini milli məzmun daşıyan düşüncələrin zənginliyi, müəllifin epik-poetik ruhu müəyyən edir. Akinarinin əsərlərinin yapon dünya ədəbiyyatının diqqətəlayiq örnəklərindən olduğu ilk andaca oxucunun marağını çəkir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 5 oktyabr.-  S. 8.