Heydər Əliyev siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyət göstərən Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbində 2019-2020-ci tədris ilində bakalavriat pilləsinə qəbul olunan birinci kurs tələbələri ilk mühazirələrini dinləyiblər.

Mühazirəni təqdim edən akademiyanın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi haqqında məlumat verərək deyib ki, Ümummilli Lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin siyasi irsinin, azərbaycançılıq məfkurəsi və dövlətçilik fəlsəfəsinin təbliği bugünün vacib məsələlərindəndir. Rektor görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin örnək olan tarixi xidmətlərindən bəhs edib. O, Ulu Öndərin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb Bildirib ki, müstəqilliyinin bərpasından cəmi 28 il keçsə də, Azərbaycan uğurla inkişaf edirtarixi baxımdan çox qısa zaman kəsiyində ölkə dövlət quruculuğunun bütün sahələrində diqqətəlayiq tərəqqiyə nail olub.

Urxan Ələkbərov qazanılan uğurların əsasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dərin düşünülmüş innovativ inkişaf siyasətinin dayandığını xüsusi vurğulayıb. Akademik eyni zamanda diqqətə çatdırıb ki, ölkədə bütün istiqamətlərdə nailiyyətlərin qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın önəmli rolu var. Rektor vurğulayıb ki, əslində, daha az vəsaitlə yüksək göstəricilərə nail olunması dövlətin inkişaf proseslərinin idarə edilməsində Prezident İlham Əliyev tərəfindən işlənmiş innovativ sinergetik, komplimentarkompensasion texnologiyalar kompleksinin tətbiqinin nəticəsidir. Həmin texnologiyalar ölkənin hərtərəfli inkişafı və əhalinin rifahının yüksəlməsi üçün iqtisadi imkanlardan səmərəli istifadəni təmin edib. Bu təcrübənin Dünya İqtisadi Forumunun hesabatında xüsusi təhlil predmetinə çevrilməsi onun qlobal əhəmiyyətinin göstəricisidir...

Mühazirədə ölkə iqtisadiyyatının sürətli inkişafı istiqamətində aparılan uğurlu siyasətin əsas hədəfləri, eləcə də davamlı inklüziv inkişafı xarakterizə edən göstəricilər müqayisəli şəkildə tələbələrin diqqətinə çatdırılıb. Azərbaycanın bir çox istiqamətlərdə regionalqlobal liderə çevrildiyini qeyd edən rektor ölkəmizin inkişaf göstəricilərinin beynəlxalq təşkilatlar, o cümlədən BMT, UNESKO, Dünya Bankı və digər nüfuzlu qurumların rəsmi sənədlərində, müstəqil ekspertlər tərəfindən hazırlanmış hesabatlarda təsdiqini tapdığını göstərib.

Respublikamızın "Böyük yeddilik” ölkələri ilə müqayisədə nəzərəçarpan inkişaf göstəricilərini diqqətə çatdıran akademik deyib ki, bu mühüm iqtisadi nailiyyətlər Ermənistanla münaqişə və torpaqlarımızın 20 faizinin işğalı fonunda qazanılıb. Ölkəmizin bu problemləri olmasaydı, qazanılacaq uğurların miqyası daha böyük ola bilərdi.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 6 oktyabr.- S. 3.