İlham Əliyev Vladimir
Putini ad günü münasibətilə təbrik edib
Oktyabrın
7-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə
telefonla zəng edib.
Dövlətimizin
başçısı Vladimir Putini ad günü münasibətilə
səmimi qəlbdən təbrik edib, ona Rusiya dövlətinin
və xalqının tərəqqisi naminə prezidentlik fəaliyyətində
yeni-yeni uğurlar və möhkəm cansağlığı
arzulayıb.
Prezident
Vladimir Putin göstərilən diqqətə və təbrikə
görə minnətdarlığını bildirib.
Dövlət
başçıları bu yaxınlarda keçirilən
"Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti
iclasının əhəmiyyətinə toxunaraq, Soçidə
ölkə başçıları arasında aparılan
danışıqların strateji tərəfdaşlığa
əsaslanan ikitərəfli dostluq münasibətlərimizin
daha da inkişaf etdirilməsi işinə töhfə verdiyini
vurğulayıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə
və möhkəmlənəcəyinə əminliklərini
ifadə ediblər.
Söhbət
zamanı Prezident İlham Əliyev və Prezident Vladimir Putin
ikitərəfli münasibətlərimizin daha da inkişaf
etdirilməsi ilə bağlı və
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 1.