Məşhur jurnalist Arkadi Mamontov: Bizim Prezident Vladimir Putinin İlham Əliyevlə
dostluq etməsi təsadüf deyil
Rusiya
və Azərbaycan arasında informasiya əməkdaşlığının
səviyyəsi: postsovet məkanında bugünkü
reallıqları nəzərə alsaq, Rusiya və Azərbaycan
cəmiyyətlərinin ehtiyaclarına nə dərəcədə
uyğundur?
Media.az
saytı Rusiya Televiziya Akademiyasının üzvü, Rusiyanın
ən məşhur jurnalistlərindən biri, televiziya
aparıcısı, çoxsaylı sənədli filmlərin
müəllifi Arkadi Mamontovdan bu mövzuda müsahibə
alıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
- Mən
hesab edirəm ki, Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında informasiya mübadiləsi son dərəcə
vacibdir, amma o ürəkaçan deyil.
-
Bundan ötrü nə çatışmır?
-
Əlbəttə biz, Rusiyada, müasir Bakının indi necə
yaşadığını daha yaxşı bilmək istərdik.
Şəxsən mənim üçün indi Azərbaycan
kinematoqrafının necə inkişaf etdiyini, indi Azərbaycan
haqqında nələr danışdıqlarını (Rusiyada
- redaksiya) bilmək maraqlı olardı. Hər şeydən əvvəl,
deməliyəm ki, sizin dəyərli Prezidentiniz İlham
Əliyev çox güclü şəxsiyyət,
böyük siyasətçidir. Təsadüfi deyil ki, bizim
prezidentimiz Vladimir Putin İlham Əliyevlə dostluq edir, onunla
bərabərhüquqlu ünsiyyət saxlayır. Onlar, necə
deyərlər, eyni dalğadadırlar. Daha bir məqam: yayda
Bakıda keçirilən "JARA” festivalı hamıya məlumdur.
Sizin dadlı meyvələr, tərəvəzlər də
öz yerində.
Mənim
üçün, məsələn, Bakı haqqında Azərbaycan
sənədli kino istehsalçıları tərəfindən
çəkilmiş sənədli filmi görmək maraqlı
olardı. Müstəqillik illəri ərzində bu şəhərdə
nələr baş verib, o necə dəyişib? Deyirlər
ki, Bakı Şərqin əsl mirvarisinə çevrilib.
Bizim
həmyerlilərimizin necə yaşadıqlarını bilmək
maraqlı olardı. Yeri gəlmişkən, mən bilirəm
ki, azərbaycanlıların əksəriyyəti rusca aksentsiz
danışır. Bu əladır! Bakı - beynəlmiləl
şəhərdir, mən keçən əsrin 90-cı illərində
sizdə olmuşam. Çox xoş xatirələrim qalıb.
Ona görə, əgər Rusiya televiziyasında belə filmlər
çıxsaydı, bu çox yaxşı olardı.
Əvvəllər,
sovet dövründə sənədli kinonun sistemi vardı,
Bakı, Kiyev, Minsk və başqa şəhərlərdə
ittifaq kinostudiyaları vardı. Hər respublikanın
kinostudiyası həmin respublikanın həyatı haqqında
silsilə sənədli filmlər təqdim edirdi. İnsanlar
bir-biri ilə bağlı idi. Bu, başqa respublikaların
nümayəndələrinə hörmət, beynəlmiləlçilik,
bir-birinin adətlərinə və mədəniyyətinə
hörmət tərbiyə edirdi. İndiki kimi gərginlik yox
idi. Moskvada, Novosibirsk, İrkutsk və başqa şəhərlərdə
həyat haqqında rus filmlərini göstərmək də
maraqlı olardı.
Azərbaycan
və Rusiya televiziya studiyaları arasında mübadilə
lazımdır. Deyək ki, Azərbaycan kanalında Rusiya
haqqında, Rusiyada isə Azərbaycan haqqında veriliş
yayımlanır.
-
Müəyyən layihələrin
reallaşdırılması üçün sizi Bakıya dəvət
etsələr, gələrdinizmi?
-
Əlbəttə, məmnuniyyətlə. Məsələ
yalnız həmin səfərin tarixinin
razılaşdırılmasından asılıdır
(gülümsəyir - redaksiya.).
- Bəzən
belə fikirlərsəslənir ki, Rusiya ilə Azərbaycan
arasında informasiya əməkdaşlığının dərinləşməsi
üçün hər iki ölkəni birləşdirənhansısa
bir ciddi media qurumu yaratmaq lazımdır...
-
Bilirsiniz, belə məsələlər bizim ölkələrimizin
rəhbərliyi səviyyəsində həll edilir. Amma, əlbəttə,
güclü Rusiya-Azərbaycan informasiya agentliyi yaratmaq
maraqlı olardı, həmin agentlik Rusiyadan və Azərbaycandan
çox yüksək səviyyədə
qarşılıqlı xəbərlər verər,
telekörpülər yaradardı.
Rusiya
və Azərbaycan - müxtəlif və müstəqil
dövlətlərdir. Mən bu dövlətləriyenidən
birləşməyə çağırmıram. Amma biz
qonşularıq, biz iqtisadi cəhətdən indi də
bağlıyıq, yaxın gələcəkdə də
bağlı olacağıq. Yaşlı nəsil yaxşı
xatırlayır ki, biz vaxtilə bir ölkənin tərkibində
olmuşuq. Mədəni əlaqələri, informasiya əlaqələrini
kəsmək olmaz. Bu,qarşıdakı illərdə yarana
biləcəkçətinliklərəbizim
hamımızınsinə gərib dayanmığımıza
imkan verəcək.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 1; 3.