Azərbaycan türk birliyi prosesində xüsusi yer tutur
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 7-də Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının Baş
katibi Bağdad Amreyevi qəbul edib.
AZƏRTAC
xəbər verir ki, qonağı salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Sizi mühüm hadisə - Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının növbəti
sammiti ərəfəsində
yenidən görməyimə
şadam. Bu, mühüm
hadisəyə hazırlığın
son ştrixlərini müzakirə
etmək üçün
yaxşı imkandır.
Biz çox fəal
hazırlaşırıq. Əminəm
ki, sammit yüksək səviyyədə
keçəcək, bizim
dövlətlərin əməkdaşlığı
işində yeni mərhələlərə nail olacağıq.
Son illərdə əməkdaşlığımızın
coğrafiyası genişlənir. Bizim üçün
çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə
qoşulur. İndiki sammit
yubiley sammiti olacaq. Azərbaycanın
qədim şəhəri
olan Naxçıvanda
10 il əvvəl
biz Əməkdaşlıq Şurasının yaradılması
ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm
qərara gətirib çıxaran bütün
məqamları təfərrüatı
ilə xatırlayıram.
Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını
ilk dəfə deyil ki, qəbul edir. Buna görə
də əminəm ki, həm təşkilati
tərəfi, həm də məzmun cəhəti yüksək
səviyyədə olacaq.
Bu mühüm tədbir ərəfəsində
biz sizinlə sammitə
hazırlıqla bağlı
son məqamları müzakirə
etməliyik ki, tədbir uğurla keçsin və bizim ölkələri daha da sıx
birləşdirsin.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının
Baş katibi Bağdad AMREYEV dedi:
-Bizi qəbul etdiyinizə görə sağ olun, cənab Prezident. Doğrudan da sammit artıq
yaxınlaşmaqdadır. Həqiqətən də indi görülən işlər
və sammitə qədər nələri edə biləcəyimizi Sizə bildirməyimə böyük ehtiyacım
var. İlk növbədə,
demək istərdim ki, Azərbaycan, ümumiyyətlə, türk
birliyi prosesində xüsusi yer tutur. Məhz Azərbaycan torpağı
Naxçıvanda razılaşma
imzalanıb. Məhz
Bakıda, Azərbaycan
torpağında siz yubiley sammitini qəbul edirsiniz. Artıq 10 ildir ki, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurası fəaliyyət
göstərir. Həmin
10 il bir
növ təşəkkül
dövrü olub. İndi bu dövrü Sizin siyasi iradəniz,
türk birliyinin formalaşması üzrə
verdiyiniz mühüm qərarlar sayəsində
başa çatdırmışıq.
Biz təşəkkül, təsisat dövrünü
başa vurmuşuq.
İndi isə biz yeni mərhələyə - artıq
böyük inteqrasiya
mərhələsinə keçirik.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 2.