Sergey Markov: Prezident İlham Əliyev
beynəlxalq aləmdə böyük
hörmət qazanıb
Prezident
İlham Əliyev beynəlxalq aləmdə böyük
hörmət qazanıb. "Valday” Beynəlxalq Diskussiya
Klubunun Soçidə keçirilmiş iclasında iştirak
edən akademik və media birliklərinin nümayəndələri
Dağlıq Qarabağ münaqişəsi barədə
lazımınca məlumatlı deyildi. Səbəb odur ki, bu
birliyin mövqeyi erməni diasporunun təsirinə məruz
qalmış KİV-lər tərəfindən yayılan
informasiya əsasında formalaşır. Bu mənada, Azərbaycan
Prezidenti mürəkkəb bir auditoriya qarşısında
çıxış edirdi. Lakin Prezident İlham Əliyev
öz zəngin təcrübəsi və böyük diplomatik
istedadı sayəsində mövqeyini dəqiq və aydın
şərh etməyə, Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması kontekstində Azərbaycanın
maraqlarının və fəaliyyətinin məntiqini izah etməyə
müvəffəq oldu. Hesab edirəm ki, onun
çıxışı Beynəlxalq Diskussiya Klubunun
iclasında ən güclü bəyanatlardan biri oldu.
AZƏRTAC
xəbər verir ki, tanınmış rusiyalı politoloq,
"Siyasi Araşdırmalar İnstitutu” qeyri-kommersiya tərəfdaşlığının
baş direktoru Sergey Markov bu fikirləri oktyabrın 7-də
"Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində
keçirilmiş mətbuat konfransında Azərbaycan
Prezidenti İlham Əliyevin də iştirak etdiyi "Valday”
Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının
yekunlarını təhlil edərkən söyləyib.
Rusiyalı
məşhur politoloq regionda və dünyada baş verən
proseslərlə əlaqədar Rusiya ilə Azərbaycan
arasında ikitərəfli münasibətlərin gələcək
inkişafı barədə fikirlərini də
bölüşüb. Onun sözlərinə görə,
ölkələr arasında münasibətlərdə
"Bakı ab-havası” formalaşıb və "Valday” Beynəlxalq
Diskussiya Klubunun Soçidə keçirilmiş iclasına Azərbaycan
Prezidenti İlham Əliyevin dəvət edilməsi Moskva ilə
Bakı arasında dostluq münasibətlərinin növbəti
təzahürüdür.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 4.