Hesablama Palatasında bir
neçə nəzarət tədbiri üzrə auditor hesabatları müzakirə edilib
Azərbaycan Respublikası Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş bəzi nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabatlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2018-ci il üzrə illik maliyyə hesabatlarına dair məsələləri əhatə edib.
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə auditor hesabatları barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirlərinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının və auditor hesabatının göndərilməsi, Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.
İclasda, həmçinin
iş planı ilə nəzərdə tutulmuş kənar dövlət maliyyə nəzarəti
tədbiri ilə bağlı proqram
müzakirə olunaraq təsdiqlənib.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 8.