Ciu-citsu üzrə açıq Bakı kuboku turniri keçirilib
Oktyabrın 5-də Şağan Olimpiya İdman Kompleksində kontakt ciu-citsu və Braziliya ciu-citsusunun gi və nogi versiyaları üzrə açıq Bakı kuboku turnirinə start verilib. Yarış oktyabrın 6-da başa çatıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ciu-citsu Federasiyasının birgə təşkilatçılığı ilə bütün yaş qrupları üzrə keçirilən turnirdə 100-dək idmançı birincilik uğrunda mübarizə aparıb.
Fərqlənənlər arasında DİN-in Su Polisi İdarəsinin iki əməkdaşı da var. Fərid Əhmədov 75 kq çəki dərəcəsində kontakt ciu-citsu üzrə, Ayaz Abbasov isə 80 kq çəki dərəcəsində Braziliya ciu-citsusunun gi versiyası üzrə bütün rəqiblərinə qalib gələrək 1-ci yerə çıxıblar.
Gərgin idman mübarizəsi
şəraitində keçən turnirdə müxtəlif kateqoriyalar üzrə qalib
gələn idmançılar diplom, medal və kuboklarla təltif
olunublar.
Azərbaycan.- 2019.- 8 oktyabr.- S. 8.