Milli maraqları qətiyyətlə və layiqincə təmin edən lider

 

İlham Əliyevin Soçi səfəri Azərbaycanın beynəlxalq imicinin daha da yüksəlməsinə təsir edən mühüm siyasi hadisə oldu

 

Prezident İlham Əliyevin oktyabrın əvvəlində Rusiyaya işgüzar səfəri Azərbaycanla bu ölkə arasındakı münasibətlərin mehriban qonşuluqdostluq prinsiplərinə söykənərək inkişaf etdiyini göstərdi. Ən əsası bir daha təsdiq olundu ki, bu münasibətlər həm də strateji xarakter daşıyır və Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşıdır. Azərbaycan Prezidentinin səfərinə münasibət bildirən rusiyalı politoloqlar da iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirdilər.

 

Moskva ilə Bakının dostluğunun növbəti təzahürü

 

Regiondadünyada baş verən proseslərlə əlaqədar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı barədə fikirlərini bölüşən tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutu qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov deyib ki, ölkələr arasında münasibətlərdə "Bakı ab-havası” formalaşıb. Onun sözlərinə görə, "Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi Moskva ilə Bakı arasında dostluq münasibətlərinin növbəti təzahürüdür.

"Artıq uzun müddətdir ki, iqtisadi əlaqələrimiz müsbət dinamika nümayiş etdirir. Əmtəə dövriyyəsinin hər il 20-25 faiz artması bu sahədə tərəqqinin ən yaxşı göstəricisidir. Düşünürəm ki, işlərin belə gedişi daha çox onunla bağlıdır ki, Rusiya-Azərbaycan tərəfdaşlığı strateji əhəmiyyətli prioritetlər üzərində qurulur. Əbəs yerə əməkdaşlığın müxtəlif aspektlərini əhatə edən beş "yol xəritəsi” işlənib hazırlanmayıb”. Bu fikirləri isə Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev respublikamızın geosiyasi proseslərdə rolunuonun Rusiya ilə münasibətlərinin səviyyəsini təhlil edərkən bildirib.

Bəli, Azərbaycan və Rusiya arasında bu gün qarşılıqlı anlaşma mühiti mövcuddur. Son illərdə isə əlaqələr yüksələn xətt üzrə daha sürətlə inkişaf edib, dövlət başçılarının qarşılıqlı səfərləri əməkdaşlığın genişlənməsinə güclü təkan verib. Prezidentlər arasında bu cür intensiv görüşlərin keçirilməsi həm də Azərbaycan-Rusiya münasibətlərinin strateji mahiyyət daşımasının təsdiqidir. "Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və hətta bir neçə aylıq kiçik fasilə bizə pauza kimi təsir bağışlayır. Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır” deyə Soçi şəhərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev bildirib.

Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinin müsbət nəticələri özünü təkcə siyasi sferada göstərmir. Belə ki, isti siyasi münasibətlərdən qaynaqlanan əməkdaşlıq telləri beynəlxalq tərəfdaşlıqdan tutmuş iqtisadi və hərbi sahələrə qədər geniş spektri əhatə edir. Ötən il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 20 faiz, bu ilin yanvar-avqust aylarında isə 24 faiz artıb. Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templərlə artması strateji əməkdaşlığımızın mühüm göstəricisi olmaqla, Azərbaycan Prezidentinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul etdiyi mühüm qərarların, görülən sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir.

Təbii ki, Azərbaycan Prezidentinin Rusiya Federasiyasına səfəri, səfər çərçivəsində aparılan müzakirələr iki ölkə arasındakı strateji əməkdaşlığı daha da möhkəmləndirməklə yanaşı, əlaqələrin bütün sahələrdə dərinləşməsinə, mövcud geniş potensialın daha dolğun reallaşdırılmasına, dövlət başçılarının müəyyənləşdirdiyi prioritetlər üzrə iqtisadi-ticarət əməkdaşlığının inkişafına böyük təkan verəcək.

 

Düşmənin təbliğatını puç edən NİDA

 

İlham Əliyevin Rusiyaya səfərinin əsas məqsədi "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirak etmək idi. Qeyd edək ki, Azərbaycan Prezidenti dünyada böyük maraqla izlənən bu iclasda Vladimir Putinin dəvəti ilə iştirak edirdi.

Öncə onu qeyd edək ki, Prezident İlham Əliyevin müstəqil, ölkənin maraqlarına əsaslanan siyasəti sayəsində respublikamız beynəlxalq müstəvidə çoxlu diplomatik uğurlar əldə edib. Bu dövrdə sülh danışıqları prosesində Ermənistanın tamamilə çıxılmaz vəziyyətə salınması

İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, Azərbaycanın diplomatik sahədə böyük uğurlarıdır. İlham Əliyev hər bir beynəlxalq kürsüdən Ermənistanın küncə daha da sıxışdırılması üçün diplomatik peşəkarlıqla istifadə edir.

"Valday” Beynəlxalq Diskussiya Klubunun iclası da bu baxımdan mühüm siyasi hadisə kimi tarixə düşdü. Çıxışı zamanı Prezident İlham Əliyev diqqəti Dağlıq-Qarabağ münaqişəsinə yönəltdi və dünyanın maraqla izlədiyi bu forumdan bir daha Qarabağın Azərbaycan torpağı olduğunu diqqətə çatdırdı, Paşinyanın avqustun əvvəlində söylədiyi sözlərin yalan olduğunu bəyan etdi: "Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də "Valdayforumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özübu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Beləliklə, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin qətiyyətli və haqlı mövqeyini bir daha bütün dünyaya bəyan etdi. Azərbaycan Prezidentinin Ermənistanın baş nazirinin sayıqlamasına cavab olaraq onu yalan adlandırması və Qarabağın əzəli, əbədi Azərbaycan torpağı olduğunu vurğulaması cəsarətli, beynəlxalq hüququn normalarına əsaslanan çıxış idi. Milli maraqlara əsaslanan bu bəyanat həm də işğalçı ölkə rəhbərliyinə yerində verilmiş layiqli və tutarlı cavab idi. "Qarabağ Azərbaycandır və nida” cavabı düşmənin bütün təbliğatını puç etdi.

 

Sergey Markov: "İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb”

 

Siyasi Araşdırmalar İnstitutu qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov bildirib ki, İlham Əliyevin çıxışı Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri oldu: "Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb. "Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasında iştirak edən akademikmedia birliklərinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi barədə lazımınca məlumatlı deyildi. Səbəb odur ki, bu birliyin mövqeyi erməni diasporunun təsirinə məruz qalmış KİV tərəfindən yayılan informasiya əsasında formalaşır. Bu mənada, Azərbaycan Prezidenti mürəkkəb bir auditoriya qarşısında çıxış edirdi. Lakin Prezident İlham Əliyev öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməyə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Azərbaycanın maraqlarının və fəaliyyətinin məntiqini izah etməyə müvəffəq oldu. Hesab edirəm ki, onun çıxışı Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri oldu”.

Qeyd edək ki, sülh danışıqları prosesi mahiyyət etibarilə Ermənistanın destruktivliyi ucbatından dalana dirənib. Aydın görünür ki, bu ölkənin yeni rəhbərliyi də sülhyaratma prosesini açıq-aşkar ləngidir. Bunu həm Ermənistan rəhbərliyinin təxribat xarakterli bəyanatları, həm də erməni siyasətçilərinin anlaşılmaz kursu göstərir. Eyni zamanda belə bir təəssürat yaranır ki, onların Qarabağ məsələsinə dair heç bir dəqiq strategiyası yoxdur. Ermənistanın bu mövqeyi beynəlxalq səviyyədə də tənqidlə üzləşir.

Beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi üçün önəmli platforma olan "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Prezident İlham Əliyevin etdiyi tarixi çıxışı geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.

Bu mənada İlham Əliyevin bu bəyanatı həm də bütün dünyaya bir mesaj oldu. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycan torpaqlarının işğal altında olması ilə heç vaxt barışmayacaq və istənilən vasitə ilə ərazilərini azad edəcək.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2019.- 9 oktyabr.-  S. 1; 7.