“Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli
724 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 1, maddə 46; 2018,
¹ 7, I kitab, maddə 1492; 2019, ¹ 3, maddə 414) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də və "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda dəyişiklik təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
8 oktyabr 2019-cu il
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 3.