RAGB-nin sədri Leyla
Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb
Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Linqvistika Klubu yaradılıb.
AZƏRTAC xəbər verir ki, bu günlərdə RAGB-nin ofisində Linqvistika Klubunun "Welcome day” tədbiri keçirilib. Layihələrin əlaqələndiricisi Ramin Rəcəbov tədbirə toplaşanların qarşısında çıxış edərək bildirib ki, RAGB-də xarici dil kursları 2016-cı ildən fəaliyyət göstərir. Yeni tədris ilindən etibarən RAGB xarici dil kurslarını Linqvistika Klubu şəklində birləşdirməyi qərara alıb. Bu tədris ilində gənclərin Azərbaycan, ingilis, ispan, italyan və alman dillərini öyrənmək imkanı olacaq.
R.Rəcəbov qeyd edib ki, Linqvistika Klubunun yaradılması RAGB-nin sədri Leyla Əliyevanın dəstəyi sayəsində mümkün olub. O deyib: "Leyla Əliyeva RAGB-nin sonuncu forumunda gənclərə müraciətlə qeyd etmişdi ki, RAGB-də gənclər öz biliklərini dərinləşdirmək və yeni biliklər əldə etmək imkanına malikdir. RAGB sədri deyib: "Bizim ofisimizdə xarici dilləri öyrənmək olar və ümidvaram ki, tezliklə Azərbaycan dili kursları da açılacaq”. Dillərin öyrənilməsinə böyük maraq yaranıb, dil kurslarına 200-dən çox adam yazılıb. Biz arzu edən hər kəs üçün belə imkan yaratmağa çalışacağıq”.
Linqvistika Klubunun rəhbəri Əbülfəz Şahbazovun sözlərinə görə, RAGB-nin sayəsində bizim gənclər özlərini, öz mədəniyyətini, tarixini və bütövlükdə ölkəmizi layiqincə təmsil etmək imkanı qazanıb: "Rusiyanın Azərbaycanlı Gənclər Birliyi gənclərin öz potensialını reallaşdırmasına imkan verir”.
Azərbaycan, ingilis, ispan, italyan və alman dillərinin öyrənilməsi üzrə
məşğələlər şənbə və bazar günlərində RAGB-nin
ofisində keçiriləcək.
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 4.