Bölgələrdə vətəndaşların
qəbulu keçirilib
Oktyabrın
8-də Ədliyyə naziri Fikrət Məmmədov Füzuli
rayonunun Horadiz şəhərində Füzuli, Beyləqan və
İmişli rayonlarında yaşayan və digər bölgələrdən
olan vətəndaşları qəbul edib.
Qəbul zamanı ədliyyə fəaliyyəti
ilə bağlı müraciətlərə baxılıb, hər
bir vətəndaş diqqətlə dinlənilib.
Müraciətlərdə qaldırılan məsələlərin
bir qismi elə yerindəcə
həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak
edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
***
Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin sədri Ülvi Mehdiyev qəbul qaydalarına
uyğun olaraq vətəndaşların növbəti qəbulunu
həyata keçirib.
Agentliyin
ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki, qəbulda müraciətlər əsasən
işlə təminedilmə ilə bağlı olub. Həmçinin
müxtəlif ideya və təkliflər dinlənilib.
Müvafiq
müraciətlər cavablandırılıb, həll edilməsi
araşdırma tələb edən məsələlər ilə
bağlı yazılı müraciət qeydə alınıb
və aidiyyəti şöbələrin icraatına göndərilib.
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 4.