Cari ildə keçiriləcək bələdiyyə
seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri,
katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün maarifləndirmə tədbirlərinin
təşkilinə dair
Qərar ¹ 6/21
Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
"Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın davamlılığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissədə icrası ilə əlaqədar, habelə cari ildə keçiriləcək bələdiyyə seçkilərinin təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün yeni maarifləndirmə tədbirlərinin təşkil edilməsinə dair hazırlıq işləri başa çatmışdır.
Maarifləndirmə materiallarının həcminə və kursların keçirilmə müddətinə uyğun olaraq tədris proqramları və cədvəlləri hazırlanıb, dairə seçki komissiyalarının sədrləri üçün Mərkəzi Seçki Komissiyasının inzibati binasında 1 günlük seminar-müşavirənin, dairə seçki komissiyalarının digər üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün isə 3 günlük regional kursların keçirilməsi məqsədəmüvafiq hesab edilib.
Keçiriləcək tədbirlərin səmərəliliyinin artırılması məqsədilə Mərkəzi Seçki Komissiyası üzvləri, Katibliyinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələrinin bu prosesə cəlb edilməsi də nəzərdə tutulub.
Qeyd edilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid hissədə icrası ilə əlaqədar tərtib edilmiş tədbirlər planına və tədris proqramlarına uyğun olaraq aşağıdakı maarifləndirmə tədbirləri keçirilsin:
1.1. Dairə seçki komissiyalarının sədrləri üçün 1 günlük seminar-müşavirə (2019-cu il oktyabrın 11-də Bakı şəhərində, Mərkəzi Seçki Komissiyasının inzibati binasında);
1.2. Dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar (2019-cu il 15-17 oktyabr, müvafiq DSK-ların inzibati binalarında).
2. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları öz səlahiyyətləri daxilində bu qərarın icrası ilə əlaqədar müvafiq tədbirlər görsün.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir
Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
8.10.2019-cu il
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 6.