Azərbaycan milli pavilyonu “Pekin Ekspo 2019” sərgisində
“Xüsusi mükafat”a layiq görülüb
Azərbaycan milli pavilyonu eksteryer-interyer konsepsiyası və dizaynına görə "Pekin Ekspo 2019” sərgisində "Xüsusi mükafat”a (ikinci yer) layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla yanaşı, bu mükafatı Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Belçika, Sinqapur və Niderland da alıb. Birinci yer üzrə mükafatı isə Qətər, Böyük Britaniya, Almaniya və Yaponiya qazanıb.
Qeyd edək ki, "Pekin Ekspo 2019” sərgisi aprelin 29-dan oktyabrın 7-dək davam edib.
Azərbaycan sərgidə Heydər Əliyev Mərkəzinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə milli pavilyonla təmsil olunub.
"Azərbaycan: təbiət və incəsənətin
harmoniyası” adlanan milli
pavilyonun ümumi
konsepsiyası ölkəmizin öz tarixi və ənənələrinə sadiq qalaraq daim
inkişafda olduğunu
nümayiş etdirib.
Azərbaycan.- 2019.- 9 oktyabr.- S. 7.