Gürcüstanın
Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını
və Şəhidlər xiyabanını ziyarət edib
Gürcüstanın Baş Naziri Giorgi Qaxariya oktyabrın 9-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər
xiyabanına gedən qonaq Azərbaycanın
azadlığı və müstəqilliyi uğrunda
canından keçən Vətən oğullarının
xatirəsini yad edib,
"Əbədi məşəl” abidə kompleksinin
önünə əklil qoyub.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 2.