Gürcüstanın
Baş Naziri Giorgi Qaxariyanın Azərbaycana rəsmi səfəri
başa çatıb
Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 9-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş Nazir
Giorgi Qaxariyanı Azərbaycanın Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər nazirinin
müavini Xələf Xələfov və
digər rəsmi şəxslər yola
salıblar.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 3.