Xalqın iradəsinin
ifadəsi
Müxalifət
partiyalarının rəhbərləri Prezident
İlham Əliyevin Rusiyadakı
çıxışını işğalçıya və
beynəlxalq təşkilatlara növbəti kəskin xəbərdarlıq
kimi qiymətləndirirlər
Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə dünyada çox böyük nüfuza malik beyin mərkəzlərindən biri olan "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı, orada səsləndirdiyi fikirlər və tezislər ölkəmizlə yanaşı, işğalçı Ermənistan və Rusiyanın kütləvi informasiya vasitələrinin də müzakirə mövzusuna çevrilib.
Ölkəmizdəki müxalifət partiyalarının rəhbərləri də qeyd edirlər ki, Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi həqiqətlər həm işğalçı ölkəyə, həm onun havadarlarına, həm də beynəlxalq təşkilatlara növbəti xəbərdarlıq mesajı idi.
Prezident tək Ermənistana
deyil, onun havadarlarına da mesaj ünvanladı
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının başqanı
Fazil Mustafa qəzetimizə
açıqlamasında qeyd
etdi ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında səsləndirdiyi fikirlər
ölkə ictimaiyyətinin
dövlət başçısından
gözləntisi idi:
"Prezidentin çıxışı
çox mükəmməl
münasibət oldu. O
baxımdan ki, dövlət başçısı
prinsipial mövqeyini standart diplomatik terminlərlə deyil, obrazlı şəkildə
dünyanın diqqətinə
çatdırdı. Bununla da
həm oradakı auditoriyaya, həm də münaqişənin
həlli ilə bağlı məşğul
olan beynəlxalq təşkilatlara, Ermənistanın
himayədarlarına birmənalı
şəkildə aydın
oldu ki, Azərbaycanın Dağlıq
Qarabağ siyasətində
güzəştə getmək
niyyəti yoxdur.
Prezidentin dilindən də
bu sözlərin səslənməsi Azərbaycan
cəmiyyətində nikbinlik
yaratdı. Çünki bu gün Qarabağ
müvəqqəti işğal
altındadır və
bu, o demək deyil ki, Azərbaycan
xalqı bu işğalla barışıb.
Prezident İlham Əliyev də xalqın arzuladığı sözü
elan etdi”.
Fazil Mustafanın
sözlərinə görə,
Prezidentin Azərbaycan
həqiqətlərini Rusiya
auditoriyasında səsləndirməsi
də diqqət çəkən məqamdı. Çünki
işğalçı Ermənistanın
ən çox güvəndiyi auditoriya həmin məkandır:
"Prezidentin bu ölkənin baş nazirinin sərsəm açıqlamasına tutarlı
cavabı, eləcə
də erməni hücumunun məhz Rusiya auditoriyasında dəf edilməsi fərqli bir başlanğıcın əsasını
qoydu”.
Deputat hesab edir ki, bu
çağırışa ilk növbədə həssaslıqla
yanaşan Azərbaycan
Ordusu olmalıdır. Çünki ordumuz hər zaman işğalçını
torpaqlarımızdan qovmağa
hazır olmalıdır
ki, Ali Baş Komandanın hücum əmrinə böyük şövqlə, peşəkarlıqla
yanaşsın.
Cənab İlham Əliyev
həm də Paşinyana yerini göstərdi
"Ermənistanın baş naziri N.Paşinyanın Xankəndidəki
məsuliyyətsiz "bəyanatından”
sonra arada müəyyən bir qısa fasilə yarandı və ermənilərə elə
gəldi ki, Azərbaycan heç dövlət səviyyəsində
bu məsələyə
reaksiya vermədi və çox güman ki, artıq xalq da işğalla barışır. Lakin Azərbaycan Prezidenti
elə bir məqamda, elə bir məkanda xalqının mövqeyini
sərgiləyən "Qarabağ
Azərbaycanındır və
nida işarəsi” ifadəsini işlətdi ki, bununla məsələyə
kökündən son qoydu”.
Bu fikirləri isə
bizimlə söhbətində
Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri
Tahir Kərimli söylədi. Deputatın fikrincə, Azərbaycan
Prezidentinin erməni baş nazirə cavabını dünyanın
elm adamları və siyasilərinin, hərbçilərinin
qatıldığı bir
platformadan bəyan etməsi daha effektiv oldu. Bu fikirlərin Rusiyada səslənməsi Ermənistanı
növbəti dəfə
təşvişə saldı:
"İlk növbədə
onu vurğulamalıyıq
ki, cənab İlham Əliyevin həmin beynəlxalq konfransa dəvət edilməsi Rusiya Prezidentinin Azərbaycan və Ermənistana olan münasibətinin təzahürü idi. Cənab İlham Əliyev faktlara əsaslanan çıxışı ilə
bir daha Ermənistanın baş nazirinə yerini göstərdi. Digər tərəfdən
orada iştirak edən siyasətçilər,
beynəlxalq təşkilatların
nümayəndələri, hərbi ekspertlər öz "hesablarını
götürdülər”. Bir daha onlara bəlli
oldu ki, Azərbaycan mövqeyindən
geri çəkilən
deyil. Prezidentin beynəlxalq təşkilatların
qətnamələrinin kağız
üzərində qalması
ilə bağlı söylədiyi fikirlər
də olduqca vacib məsələ idi”.
Deputat deyir ki, Azərbaycan Prezidentinin çıxışı
Ermənistanın daxilində
də narahatçılıq
yaradıb. Bu ölkədə
nəşr olunan
"Ayna” qəzeti
"Əliyevdən Paşinyana
tutarlı cavab” başlıqlı yazısı
ilə həqiqətləri
etiraf etdi. Bu da onu göstərir
ki, Azərbaycan Prezidentinin yürütdüyü
siyasət, münaqişənin
həlli ilə bağlı irəli sürdüyü təşəbbüslər
Ermənistan əhalisi
tərəfindən də
qəbul edilir: "Bütün bunlar Prezident İlham Əliyevin hücum diplomatiyasının uğurlarıdır.
Əgər indiyədək hücum
diplomatiyası kursunu yerinə yetirirdiksə, artıq diplomatik fəaliyyətimizi "Qarabağ
Azərbaycanındır və
nida işarəsi” üzərində qurmalı,
səylərimizi daha da gücləndirməliyik”.
Lazımi vaxtda və yerdə olan çıxış
Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri
Asim Mollazadə də qəzetimizə açıqlamasında dedi
ki, Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasındakı çıxışı Azərbaycan
xalqının iradəsinin
ifadəsi idi: "Cənab İlham Əliyevin bu çıxışı Azərbaycanın
dünyaya mesajı idi. Dövlət başçısı bəyan etdi ki, biz torpaqlarımızın
işğalı ilə
barışmayacağıq. Eyni zamanda Prezident beynəlxalq təşkilatların
da nəzərinə çatdırdı ki, beynəlxalq hüquq normalarını kobud surətdə pozmaq, ona laqeyd yanaşmaq
olmaz. Çünki bu cür yanaşma gələcəkdə
bir sıra münaqişələrə rəvac
vermiş olacaq. Ona görə də qəbul edilmiş qətnamələr kağız
üzərində qalmamalıdır.
Ölkələr də hüququn
aliliyi prinsipinə uyğun hərəkət
etməlidirlər ki, digər dövlətlər
ibrət götürsünlər”.
Deputatın sözlərinə görə,
cənab İlham Əliyevin dünyanın bir sıra ölkələrinin
liderlərinin, aparıcı
mütəxəssislərinin qarşısındakı nitqi
lazımi vaxtda və yerində olan çıxış idi. Bunu hətta Ermənistanda
da etiraf edirlər.
Azərbaycanla Rusiya arasında
olan münasibətlərə
gəlincə isə,
Asim Mollazadə qeyd etdi ki,
ölkəmiz, Ermənistan
istisna olmaqla qonşu dövlətlərlə
hər zaman səmimi, dostluq münasibətləri qurub,
həm siyasi, həm iqtisadi əməkdaşlığın inkişafında maraqlı
olub. Bu gün
də Azərbaycan-Rusiya
arasındakı münasibətlər
inkişaf mərhələsindədir.
Hər iki ölkə çoxşaxəli əmakdaşlıqda
maraqlıdır. Prezident İlham
Əliyevin də
"Valday” Beynəlxalq
Diskussiya Klubunun iclasına dəvət edilməsi isə Rusiya Prezidenti ilə Azərbaycanın dövlət başçısı
arasında olan möhkəm dostluq və dövlətlərarası
strateji tərəfdaşlıq
münasibətinin real təzahürüdür.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 5.