“Saber
Junction-19” təlimlərində iştirak
etmiş hərbi qulluqçularla
görüş
ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın "Hohenfels” təlim mərkəzində keçirilən "Saber Junction-19” çoxmillətli briqada taktiki təlimlərində iştirak etmiş Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən səfir Ö.Litzenberqer Azərbaycan Respublikası ilə NATO arasında tərəfdaşlığın əsasının 1994-cü ildən qoyulduğunu, bu müddət ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının bir çox təlim və kurslarda iştirak etdiklərini diqqətə çatdırıb. Diplomat həmçinin vurğulayıb ki, keçirilən təlimlər hərbi qulluqçuların bilik və bacarıqlarının təkmilləşməsində böyük rol oynayır.
Səfir təlimdə iştirak edən hərbi qulluqçulara xidmətdə uğurlar arzulayıb.
Polkovnik Siyavuş
Mustafayev "Saber
Junction-19” çoxmillətli briqada taktiki təliminin vacibliyindən
danışıb. S.Mustafayev belə təlimlərin tərəfdaş ölkələr
arasında təcrübə mübadiləsinin
aparılması, əməliyyat
uyarlılığının təmin edilməsi və döyüş hazırlığının
yüksəldilməsində böyük
önəm daşıdığını bildirib.
Azərbaycan.- 2019.- 10 oktyabr.- S. 5.