İlham Əliyevin növbəti beynəlxalq
qələbəsi
Prezidentin yeni islahatlar kursu qlobal miqyasda yenə də ən yaxşı nümunələrdən biri kimi təqdir edildi
Azərbaycanda ildən-ilə daha geniş miqyas alan iqtisadi islahatlara, milyonların rifahına xidmət edən sosial paketlərə daha bir beynəlxalq qiymət verildi. Dünya İqtisadi Forumunun nəşr etdiyi "Qlobal Rəqabətlilik İndeksi - 2019”da Azərbaycan iqtisadiyyatı 11 pillə irəliləyərək 141 ölkə içərisində 62,7 balla 58-ci yerdə qərarlaşdı. Ölkəmiz 12 indikatordan 8-i - "institutlar”, "infrastruktur”, "makroiqtisadi sabitlik”, "bacarıqlar”, "əmtəə bazarı”, "əmək bazarı”, "biznesin dinamikliyi” və "innovasiya” üzrə ötən ilə nisbətən irəliləyib.
141 ölkə
arasında ən böyük yüksəliş
balı
"Qlobal Rəqabətlilik İndeksi” beynəlxalq təşkilatlar, investor və sahibkarlar, müstəqil beyin mərkəzləri tərəfindən istinad mənbəyi kimi istifadə olunur. Son hesabata əsasən Azərbaycan 141 ölkə arasında ən böyük yüksəliş balı (11 bal) əldə edib. Ölkəmiz bu nəticə ilə Cənubi Qafqaz dövlətləri arasında lider, MDB ölkələri arasında isə ilk üçlükdədir.
Xatırladaq ki, Dünya İqtisadi Forumunun ötənilki Qlobal Rəqabətlilik Hesabatında da Azərbaycan müxtəlif indekslərdə yüksəlmişdi. Tamamilə yeni metodologiya əsasında hazırlanan hesabatda ölkəmiz dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu dövlət kimi göstərilmişdi. Həmçinin Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlmişdi.
Yeni reytinqə əsasən, Ermənistan 61,3 bal ilə siyahıda 69-cu, Gürcüstan 60,6 balla 74-cü pillədə qərarlaşıb. 141 ölkədən ibarət reytinq siyahısının beşliyinə ilk yerdə Sinqapur olmaqla ABŞ, Honkonq, Niderland və İsveçrə daxildir.
İqtisadi islahatlara
verilən beynəlxalq qiymət
Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünya dövlətləri arasında qabaqcıl yerlərdən birini tutur. Fərəhli haldır ki, bu reallıqlar yalnız yerli mütəxəssislər tərəfindən deyil, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də etiraf olunur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər.
Dünya İqtisadi Forumunun son hesabatı da Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların nəticələrinin daha bir beynəlxalq platformada əks olunmasıdır desək, yanılmarıq. Bu, cənab İlham Əliyevin məqsədyönlü və dərin iqtisadi islahatlarına verilən beynəlxalq qiymət olmaqla bərabər reallığa çevrilən yeniliklərin dünyanın ən nüfuzlu iqtisadi qurumlarının diqqətindən yayınmamasının əyani təzahürüdür. Yəni ölkəmizin iqtisadi sahədə qazandığı nailiyyətlər, eləcə də həyata keçirilən liberal iqtisadi islahatlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl və qətiyyətli addımlar dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının, reytinq agentliklərinin, iqtisadi azadlıq səviyyəsini tədqiq edən fond və mərkəzlərin diqqətindədir.
Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi islahatların əhəmiyyəti son illər dünyada iqtisadi artım sürətinin azalması fonunda daha da artmaqdadır.
Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında Azərbaycanın 8 indikator üzrə yüksəlişi, əlbəttə ki, cənab İlham Əliyevin növbəti beynəlxalq qələbəsidir. Azərbaycan Prezidentinin yeni islahatlar kursu qlobal miqyasda yenə də ən yaxşı nümunələrdən biri kimi etiraf və təqdir edilir. Bu da onu göstərir ki, iqtisadi strategiyasını düzgün müəyyən edən Prezident İlham Əliyev Azərbaycanı doğru yolla irəliyə aparır.
İnflyasiya və borc
dinamikası əsasında hesablanan indikator üzrə irəliləyən yeganə
ölkə Azərbaycandır
Ölkəmizin Dünya İqtisadi Forumunun son hesabatındakı 8 indikator üzrə yüksəlişinə nəzər yetirək.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı icmalda göstərilir ki, hesabatda hər 12 indikator müxtəlif sub-indikatorlara bölünərək ümumi nəticənin hesablanmasını əks etdirir. Azərbaycan "institutlar” indikatoru üzrə 9 pillə irəliləyərək ölkəmizdə məhkəmə hüquq, hüquq mühafizə orqanları, terrorizmlə mübarizə, polisə etimad, büdcə şəffaflığı və hesabatlılığı, məhkəmələrin müstəqilliyi, media azadlığı, mülkiyyət və intellektual mülkiyyətin qorunması, əmlak idarəetməsi, korporativ idarəetmə, hökumətin uzun-müddətli strateji baxışı və elektron-hökumət istiqamətləri yüksəliş balları əldə edib. Bu sub-indikatorlar "institutlar” indikatorunun tərkib hissəsi olmaqla, son nəticəni hesablayaraq reytinqi müəyyənləşdirir.
"İnfrastruktur” indikatoru ikinci göstərici olmaqla yolların effektivliyi və keyfiyyəti, dəmiryolu və hava yollarında effektivlik, keyfiyyət və əlaqələndirmə, kommunal infrastrukturun keyfiyyəti, elektriklə təchiz olunma səviyyəsi, əhalinin təmiz su ilə təmin olunmasını əks etdirir ki, Azərbaycan 8 pillə irəliləyərək 77,4 balla dünya ölkələri arasında 38-ci mövqedə qərarlaşıb.
Azərbaycan makroiqtisadi vəziyyəti özündə ehtiva edən "makroiqtisadi sabitlik” indikatoru üzrə 23 pillə irəliləyib. Belə ki, inflyasiya və borc dinamikası əsasında hesablanan indikator üzrə bu səviyyədə irəliləyən yeganə ölkə Azərbaycandır.
Biznes mühitinin inkişafı
və institusional islahatların uğurları
Təhsil və insan kapitalının
son vəziyyətini əks
etdirən indikator üzrə hesabat "bacarıqlar” adı altında hazırlanır. Orta təhsilin keyfiyyəti və təhsil alan şagirdlərin
oxuma dövrü, məzun olan şəxslərin şəxsi
inkişafları üzərində
işləməsi, aktiv
əhali arasında rəqəmsal bacarıqlar
üzrə ölkəmiz
6 pillə irəliləyib.
Bu artım Birinci
vitse-prezident Mehriban Əliyevanın təhsil və insan kapitalının
inkişafı istiqamətində
göstərdiyi diqqət
və qayğının
bariz nümunəsidir.
Ticarət və gömrük siyasətini özündə
əks etdirən
"əmtəə bazarı”
göstəricisi 2 sub-indeksə
bölünərək müvafiq
olaraq ölkədaxili
rəqabət və ticarət açıqlığını
hesablayır. Göstəricinin hesablanma istiqamətləri
bazarlarda inhisarçılıq
və onun səviyyəsi, xidmət sektorunda rəqabətlilik,
qeyri-tarif tənzimləmə
tədbirləri, ticarət
tarifləri və sərhəd-keçid məntəqələrində
gömrük rəsmiləşdirilməsinin
çevikliyindən ibarətdir.
Azərbaycan "əmtəə bazarı” göstəricisi
üzrə 14 pillə
irəliləyərək yuxarıda
göstərilən parametrlər
üzrə yüksək
bal əldə edib.
İşçilərdən və əmək resurslarından səmərəli
istifadəni özündə
əks etdirən
"əmək bazarı”
indikatoru üzrə
son illər ciddi islahatlar aparılıb ki, bu islahatların
bir çox hissəsi qanunvericilik dəyişikliklərindən və
institusional islahatlardan
ibarətdir. "Əmək
bazarı” üzrə
Azərbaycan 19 pillə
irəliləyərək dünya
ölkələri arasında
21-ci mövqedə qərarlaşıb.
Son iki göstərici kimi təhlil edilən "biznesin dinamikliyi” və "innovasiya” üzrə Azərbaycan müvafiq olaraq 8 və 3 pillə irəliləyərək
ölkəmizin biznes mühitinin inkişafı
istiqaməti üzrə
aparılan intensiv islahatlara adekvat cavab verib. Sahibkarlıq
risklərinin tənzimlənməsi,
ölkə üzrə
müflisləşmə, biznesə
başlamaq üçün
sərf olunan zaman, elm-tədqiqat xərcləri, patent müraciətləri,
tədqiqat institutlarının
sayı və keyfiyyəti, biznesdə innovativ yeniliklərin tətbiqi üzrə Azərbaycan dünya ölkələri arasında
yüksək bal əldə
etmiş reytinqə malikdir. Yalnız "biznesin dinamikliyi”
üzrə Azərbaycan
141 ölkə arasında
31-ci mövqedə qərarlaşıb.
Azərbaycan dünyada ən
islahatçı 20 ölkə
sırasındadır
Əlbəttə ki, hazırlanan hesabatlarda Azərbaycanın
mövqeyinin yaxşılaşması
birbaşa 2015-ci ildən
daha da dərinləşməyə
başlayan islahatların
nəticəsi olaraq xarakterizə olunmalıdır. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə
görə dünya ölkələri arasında
öncül yerlərdən
birini tutur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər.
Sentyabr ayında Dünya Bankının hər il hazırladığı
yeni "Doing Business” hesabatında
da Azərbaycanda həyata keçirilən
islahatların yüksək
qiymətləndirilməsi deyilənlərin
təsdiqidir. "Doing
Business 2020” hesabatında Azərbaycan
ötən illə müqayisədə daha 5 pillə irəliləyərək
ən islahatçı
20 ölkə sırasına
daxil edilib. Bu hesabatda ölkəmiz
əmlakın qeydiyyatı,
kreditlərin alınması,
minoritar investorların
hüquqlarının qorunması,
müqavilələrin icrasının
təmin edilməsi indikatorları üzrə
irəliləmişdi. Sənəddə həmçinin göstərilirdi
ki, paytaxtın kadastr xəritəsinin tərtib olunması və Bakıdakı hər bir fərdi
torpaq sahəsinin qeydiyyatı, eləcə də mövcud sənədləşmənin təkmilləşdirilməsi
və daşınmaz əmlak prosedurlarının
çevikliyi nəticəsində
daşınmaz əmlakın
qeydiyyatı prosesi daha da sürətlənib.
Həm Dünya Bankının
"Doing Business” hesabatı, həm də Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi”
Prezident İlham Əliyevin islahatlarının
dərinləşməsinin qiymətləndirilməsidir. Yəni bu,
islahatların davamlılığına
verilən beynəlxalq
dəyərdir. Bütün bunlar
onu deməyə əsas verir ki, Azərbaycan növbəti dövrlərdə
də dərinləşmiş
islahatları davam etdirəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 1; 4.