Regionların sosial-iqtisadi simasını dəyişən proqramlar
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən islahatlar sayəsində regionların sosial-iqtisadi inkişafında mühüm dəyişikliklər baş verib. Aparılan uğurlu siyasət nəticəsində bölgələr sosial-iqtisadi baxımdan böyük inkişaf yolu keçib. Dövlət proqramlarının icrası regionlarda minlərlə kiçik, orta və iri istehsal və xidmət sahələrinin fəaliyyət göstərməsinə imkan yaradıb. Nəticədə məhsul istehsalında bölgələrin payı ildən-ilə artmaqda davam edir.
2004-cü ildən regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən dövlət proqramları uğurla icra edilib, cari ildə növbəti proqram təsdiq olunub. Bu proqramların başlıca məqsədi bölgələrdə iqtisadi inkişafla yanaşı, sosial problemlərin həllidir. Dövlət proqramlarının qəbulu sayəsində minlərlə istehsal və xidmət obyektləri ilə yanaşı, mühüm sosial obyektlər də tikilərək həmin ərazilərdə yaşayan sakinlərin ixtiyarına verilib. Bunlar təhsil, səhiyyə, rabitə, idman və digər sahələri əhatə edir. Eyni zamanda, bölgələrdə kəndarası avtomobil yolları, qaz, işıq xətləri yenidən çəkilib və ya əsaslı təmir olunub. Görülən işlərin sayəsində bölgələrdə yaşayan əhali həmin sosial xidmətlərdən rahat şəkildə istifadə edə bilir.
Prezident İlham Əliyev bu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən proqramların əhəmiyyətini vurğulayaraq demişdir: "Keçən il regionların üçüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı başa çatdı. Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi. Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var. Bu il biz regionların dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi hazırdır”.
Son 15 ildə 15 min kilometr yol çəkilib ki, bunun çox hissəsi kənd yolları və regionlardakı şəhərlərarası avtomobil yollarıdır. Həmin proses indi də davam edir. Təkcə cari ilin 6 ayında təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Qazlaşdırma 95 faizi keçib.
Regionlarda yaradılan 9 sənaye
park və məhəllələri ölkəmizin
iqtisadi inkişafına öz
töhfəsini verir. İndiyədək sənaye
parkları və məhəllələrində 78 rezident qeydiyyatdan keçib, 45 rezident fəaliyyətə
başlayıb. Nəzərdə tutulan 6,4 milyard manat sərmayədən
5,7 milyard manatı faktiki olaraq investisiya kimi qoyulub.
Layihələrin icrası nəticəsində
11 mindən çox yeni iş yeri
açılıb. Qeyd
edək ki, həmin layihələrin icrası sayəsində 1,5 milyard manatlıq
məhsul istehsal olunub. Onun da 300 milyon manatlıq hissəsi xarici bazara çıxarılıb.
Bölgələrdə sənaye sahəsi ilə yanaşı, aqrar sektorda da iri
müəssisələrin yaradılması
istiqamətində səmərəli
iş aparılır.
Regionlarda 51 aqroparkın yaradılması
nəzərdə tutulub.
Hazırda 22 aqropark fəaliyyət
göstərir, ilin sonuna qədər daha 11 aqroparkın fəaliyyətə başlaması
gözlənilir. Bu layihələrin
icrası üçün
ölkə iqtisadiyyatına
2,4 milyard manat əlavə investisiya qoyulacaq. Qeyd edək ki, həmin layihələrin icrası
4 mindən çox yeni iş yerinin
açılmasına imkan
yaradır.
Məlumdur ki, regionlarda aqrar sektor üstünlük
təşkil edir. Dövlət proqramlarının qəbulu
və aparılan islahatlar sayəsində kənd təsərrüfatında
məhsul istehsalı sürətlə artmaqda davam edir. Xüsusilə taxılçılıqda qazanılan uğurlar sevindiricidir. Çünki taxılçılıq kənd
təsərrüfatında və ölkənin ərzaq təhlükəsizliyində
önəmli rola malikdir. Cari ildə 1 milyon
12 min hektarda taxıl əkilib və bu məhsulun istehsalı 40 faiz çoxalıb. Dövlət tərəfindən fermerlərə
göstərilən dəstək
və müasir texnika ilə təminat sayəsində bu sahədə məhsuldarlıq artıb.
Belə ki, orta məhsuldarlıq
30 sentneri ötüb.
Müasir texnika və
texnologiyalardan daha çox istifadə edən iri fermer
təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq 60 sentneri
ötüb.
İlin 6 ayında kənd təsərrüfatında əldə
edilən iqtisadi göstəricilər rekord
səviyyəyə çatıb. Aqrar sahədə
məhsul istehsalı
13 faiz artıb. Bitkiçilikdə bu rəqəm
25 faizdir. Bostan məhsulları təxminən
40 faiz, meyvə 20 faizdən çox, barama 25, tərəvəz
14 faiz artıb. Kənd təsərrüfatı məhsullarının
xarici bazara ixracı da artmaqda davam edir.
Bir sözlə,
regionların sosial-iqtisadi
inkişafına dair dövlət proqramlarının
icrası bölgələrdə
bütün göstəricilərin
artmasına, ölkənin
dayanıqlı və
tarazlı inkişafına
töhfə verir. Üç dövlət
proqramının həyata
keçirilməsi əhalinin
rifah halının yüksəlməsində və
məşğulluğun təmin
edilməsində mühüm
rol oynayıb.
Dördüncü dövlət proqramı da bölgələrin sosial-iqtisadi inkişafına
böyük töhfə
verəcək. Həmin proqram üzrə
görüləcək işlər
əvvəlcədən elmi
şəkildə araşdırılıb
və onların icra müddəti də dəqiqləşdirilib.
Proqram üzrə əsasən elektrik, qaz təchizatı,
kənd yollarının
çəkilməsi və
yenidən qurulması
nəzərdə tutulur.
Bununla yanaşı, mühüm
sosial-iqtisadi əhəmiyyəti
olan meliorasiya layihələri də uğurla icra ediləcək. Min kilometrlərlə kollektor-drenaj
sistemləri təmizlənəcək,
subartezian quyuları qazılacaq, əhalinin içməli və suvarma suyu ilə
təminatı daha da yaxşılaşdırılacaq.
Rüstəm KAMAL
Azərbaycan.- 2019.- 11 oktyabr.- S.
1; 4.