Aşqabad Beynəlxalq Hava
Limanında qarşılanma
Azərbaycan Prezidenti İlham
Əliyevin Türkmənistana işgüzar səfəri
Oktyabrın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev MDB Dövlət Başçıları
Şurasının iclasında iştirak etmək
üçün Türkmənistana işgüzar səfərə
gəlib.
AZƏRTAC-ın xüsusi
müxbiri xəbər verir
ki, Aşqabad beynəlxalq
hava limanında Prezident
İlham Əliyevi MDB İcraiyyə Komitəsinin
sədri-icra katibi aparatının rəhbəri
Sergey Burutin, Türkmənistan
Nazirlər Kabineti sədrinin müavini Esenmurad Orazgeldiyev və digər yüksək vəzifəli
şəxslər qarşıladılar.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 1.