Giorgi QAXARİYA: “Azərbaycan və Gürcüstan çox
etibarlı, güclü iqtisadi
tərəfdaşlardır”
"Gürcüstanın Baş Naziri kimi Azərbaycana ilk səfərim heç də təsadüfi deyildi. Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər ikitərəfli və regional əməkdaşlıq çərçivəsindən çıxaraq çox vacib əhəmiyyətli beynəlxalq əməkdaşlıq statusu alıb”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında Azərbaycana səfərini şərh edərkən söyləyib.
Hökumət başçısı deyib ki, bu əməkdaşlıq məhsuldardır və ölkələrimizin maraqlarına xidmət edir. Bu gün regionda baş verən hadisələr ölkələrimizin sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün bizi daha səmərəli əməkdaşlığa sövq edir.
Giorgi Qaxariya vurğulayıb ki, Azərbaycan ilə Gürcüstan çox etibarlı, güclü iqtisadi tərəfdaşlardır. İki ölkə arasında enerji, nəqliyyat sahələrində əməkdaşlıq beynəlxalq əhəmiyyətə malikdir.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 3.