Milli Məclisdə “Naxçıvan Sazişi–10 il” mövzusunda beynəlxalq konfrans
keçirilib
Oktyabrın 10-da Milli Məclisdə "Naxçıvan Sazişi - 10 il” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov 2009-cu il oktyabrın 3-də Azərbaycanın qədim şəhəri Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) əsasının qoyulduğunu bildirib. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçıları Naxçıvan şəhərində bununla bağlı Saziş imzalayıblar. Ötən 10 il sübut edib ki, belə bir sazişin imzalanmasına doğrudan da böyük ehtiyac vardı. Bu 10 il ərzində türkdilli dövlətlər arasında əməkdaşlığın müxtəlif formaları inkişaf etdirilib. Onlardan biri də 2008-ci ildən fəaliyyət göstərən Türkdilli Dövlətlərin Parlament Assambleyasıdır.
Ziyafət Əsgərov diqqətə çatdırıb ki, ötən dövrdə mədəniyyət, incəsənət, iqtisadiyyat, ticarət əlaqələri və digər sahələrdə əməkdaşlığımız inkişaf edib və hesab edirəm ki, bu işlər bundan sonra daha da uğurla davam edəcək.
Bildirilib ki, bu gün türkdilli ölkələrin siyasi fəallığı dünya siyasətinin gündəliyinin müəyyən edilməsinə getdikcə daha çox təsir göstərir. Şərq və qərb sivilizasiyaları arasında mənəvi körpü rolunu oynamış türkdilli xalqlar tarix səhnəsində yenidən mütəşəkkil qüvvə kimi çıxış etməyə başlayıb. Türkdilli xalqların inteqrasiyası yolunda ümummilli liderimiz Heydər Əliyevin müdrik təşəbbüsü hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd olunub ki, 2009-cu ildə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Ötən 10 ildə TDƏŞ-in ciddi siyasi çəkiyə malik təşkilat kimi formalaşmasına imkan yaranıb. Təşkilatın səmərəli fəaliyyəti siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrimizin inkişafına mühüm töhfələr verib.
Bu il oktyabrın 14-də və 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü keçiriləcək və təşkilata sədrlik Azərbaycana keçəcək. Cari ilin sentyabrın 4-də Naxçıvan Sazişinin Özbəkistan tərəfindən ratifikasiyasının tamamlanması türkdilli dövlətlərin əlaqələrinin möhkəmlənməsi baxımından mühüm tarixi hadisə oldu.
Ziyafət Əsgərov bu mühüm tarixi hadisə münasibətilə qardaş Özbəkistan dövlətini və xalqını təbrik edib. Qeyd edib ki, Özbəkistanın təşkilata qoşulmasının Naxçıvan Sazişinin 10 illiyinə təsadüf etməsi bizim üçün rəmzi məna daşıyır. 2019-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üçün digər əlamətdar hadisə Budapeştdə təşkilatın nümayəndəliyinin təsis edilməsi olub. Bir il öncə Macarıstan bu təşkilata müşahidəçi statusu ilə qoşulub. Nümayəndəliyin yaradılması bu təşkilatın Avropaya da genişlənməsi baxımından mühüm hadisədir. Türkdilli xalqlar arasında birliyin möhkəmləndirilməsində Şura ilə yanaşı, TÜRKSOY Beynəlxalq Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondu da yaxından iştirak edir.
Bu mühüm fəaliyyətdən parlamentlərimizin də kənarda qalmamasını xüsusi vurğulayan Ziyafət Əsgərov bildirib ki, bu işdə Türkdilli Ölkələrin Parlament Assambleyası da yaxından kömək göstərir. Bu baxımdan TÜRKPA 11 illik fəaliyyəti dövründə bir sıra uğurlara imza atıb. Ziyafət Əsgərov Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzulayıb.
Sonra çıxış edən TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov bildirib ki, Naxçıvan Sazişinin imzalanması türkdilli ölkələrin əməkdaşlığının inkişafında yeni mərhələ olub. Bu sazişin imzalanması türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə təkan verib. Bu baxımdan TÜRKPA-nın yaradılması da mühüm addım olub. TÜRKPA parlamentlər arasında təcrübə mübadiləsi, milli qanunvericiliyin yaxından öyrənilməsi, seçkilərin müşahidəsi, müxtəlif layihələrin həyata keçirilməsinə öz töhfələrini verməkdədir. Baş katib bildirib ki, TÜRKPA-nın qarşıdakı sessiyasında bir sıra model qanun layihələrinin hazırlanması və bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Baş katib TÜRKPA-ya verdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirib. Qeyd edib ki, TÜRKPA türkdilli dövlətlərin münasibətlərinin müxtəlif sahələrdə inkişafı üçün qanunvericilik dəstəyi verməyə hazırdır. Baş katib Naxçıvan Sazişinin 10 illiyi münasibətilə təbriklərini çatdırıb və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlar arzulayıb.
Sonra toplantı
panellər üzrə
davam etdirilib.
"Naxçıvan Sazişi:
Türk birliyinin inkişafının yeni mərhələsi” mövzusunda
keçirilən paneldə
ilk olaraq Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. Komitə
sədri bildirib ki, 2009-cu il
oktyabrın 3-də imzalanan
Sazişin əsas məqsədi türk dilli dövlətlərin bir araya gəlməsi,
bütövlükdə türk
dünyası dövlətləri
arasında inteqrasiyanın
sürətlənməsi idi.
Qeyd edilib ki, türk
dövlətləri arasındakı
münasibətlərin əsası
ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
Onun iştirakı ilə 4 böyük türk dövləti arasında Türkdilli Dövlətlərin
Parlament Assambleyası
yaradılıb. Çox sevindiricidir
ki, artıq qardaş Özbəkistan da quruma üzv
olmağa hazırlaşır.
Komitə sədri TÜRKPA-nın tərkibində fəaliyyət göstərən
komitələrin işindən,
həyata keçirilən
layihələrdən danışıb.
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli böyük bir coğrafiyanı bölüşən
türk xalqlarının
ortaq dəyərlərindən,
dil və din birliyindən, onların həyat tərzləri, yaşam və məişət fəlsəfələrindən
geniş söhbət
açıb. Naxçıvan
Sazişinin imzalanmasından
keçən 10 il ərzində görülən işlərin,
qarşılıqlı səfərlərin
əhəmiyyəti, türk
dövlətləri arasında
inteqrasiyanı dərinləşdirmək
üçün səmərəli
platformaların rolu barədə fikirlərini
söyləyib.
Ulu öndər
Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtdığı
zamandan keçmiş
ittifaqın süqutu ilə ayrı-ayrı türk dövlətləri
arasında münasibətləri
əngəlləyən maneələrin
aradan qaldırılması
sahəsində xidmətlərindən,
onun türkdilli xalqların dövlət başçılarının Zirvə
görüşlərində iştirakından söz açıb. İsa Həbibbəyli Beynəlxalq
Türk dili Akademiyasının, Türk
Mədəniyyəti və
İrsi Fondunun fəaliyyəti barədə
fikirlərini də diqqətə çatdırıb.
Akademiyanın Monqolustanda,
Sibirdə, Qafqazda türk izləri barədə araşdırma
layihələrinin uğurlu
nəticələrini vurğulayıb.
Sonra Milli Məclisin deputatları Nizami Cəfərov, Hikmət Məmmədov, Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq
Münasibətlərin Təhlili
Mərkəzinin İdarə
Heyətinin sədri Fərid Şəfiyev, Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
layihə rəhbəri
Yıldız Uzakova çıxış edərək
türk xalqları arasında əməkdaşlığın
milli əsaslarından,
qardaş dövlətlər
arasında iqtisadi, siyasi, mədəni əməkdaşlığın genişləndirilməsi çərçivəsində
görülən işlərdən
söz açıblar.
Tədbirdə o da vurğulanıb ki, Heydər Əliyevin "Bir millət, iki dövlət” fəlsəfəsinə
əsaslanan Azərbaycan-Türkiyə
qardaşlığı digər
türkdilli dövlətlər
üçün yaxşı
nümunədir. Çıxış
edənlər Azərbaycan
Prezidenti İlham Əliyevin Soçidə keçirilən "Valday”
klubunun toplantısında
"Qarabağ Azərbaycandır
və nida işarəsi” fikrinə diqqət çəkərək
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
həllində türkdilli
dövlətlərin cəhdlərini
birləşdirməli olduğunu
ifadə ediblər.
Daha sonra tədbir "Türkdilli dövlətlər
arasında institusional
əməkdaşlığın inkişaf etdirilməsində
parlament ölçüsünün
rolu: yeni çağırışlar və
vəzifələr” mövzusunda
müzakirələrlə davam
etdirilib.
Milli Məclis
Aparatının İnzibati
və hərbi qanunvericilik şöbəsinin
müdiri Nizami Səfərov çıxışında
bildirib ki, türkdilli ölkələr
arasında əməkdaşlığın
vacib istiqamətlərindən
biri qanunvericilik sahəsində inteqrasiyadır. Bizim gələcək
vəzifələrimizdən birini türkdilli dövlətlərin oxşar
hüquqi məkanının
formalaşması təşkil
edir. Hazırda bu sahədə
TÜRKPA çərçivəsində
çox mühüm inkişaf müşahidə
olunur. Bunun bariz nümunəsi
olaraq türkdilli dövlətlərin terrorçuluğa
münasibətdə ortaq
mövqeyinin müəyyən
edilməsini göstərmək
olar. Qeyd edilib ki, bir müddət əvvəl müvafiq sənədlər hazırlanıb
qurumun aidiyyəti komissiyasına təqdim edilib. Bu sənəddə
terrorçuluqla mübarizədə
beynəlxalq konvensiyalarda
müəyyən olunmuş
prinsiplər öz əksini tapıb. Məsələnin mahiyyəti ondan
ibarətdir ki, eyni cinayətə münasibətdə türkdilli
dövlətlərin ümumi
yanaşması tətbiq
olunacaq. Digər istiqamət
TÜRKPA çərçivəsində
model qanunvericilik aktlarının
hazırlanmasıdır. Buna uyğun olaraq
quruma üzv dövlətlərdə qəbul
edilən qanunların
bir-birinə uyğunlaşdırılması
prosesi həyata keçiriləcək. Növbəti addım beynəlxalq cinayətlərin qarşısının
alınması və həmin cinayətlərin
cəzalandırılması ilə bağlı qanun layihəsi olacaq. Heç bir dövlət
bundan sığortalanmayıb.
Azərbaycan da bunun bariz nümunəsidir.
Xocalı soyqırımı, digər çoxsaylı hərbi cinayətlərin
qarşısının alınmasında
türkdilli dövlətlərin
ümumi mövqedən
çıxış etməsi
mühüm əhəmiyyət
daşıyır. Hazırda insanlıq
əleyhinə cinayətlərlə
bağlı konvensiyanın
hazırlanması prosesi
gedir.
Sonra Sosial qanunvericilik şöbəsinin Əmək
qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev, İqtisadi qanunvericilik şöbəsinin
Təbii Ehtiyatlar, energetika və ekologiya məsələləri
üzrə qanunvericilik
sektorunun müdiri Vasif Əmiraslanov mövzu ilə bağlı çıxış
ediblər. Məruzəçilər sosial və
iqtisadi sahələrdə
hazırlanan model qanun
layihələrindən danışıblar.
"Turizm haqqında”,
"Elektron ticarət
haqında”, "Enerji
resurslarından səmərəli
istifadə haqqında”
sənədlər barədə
məlumat veriblər.
İclasa
yekun vuran Türkdilli Ölkələrin Parlament
Assambleyasının Baş katibi Altınbek Mamayusupov
müzakirələrin səmərəli keçdiyini,
konfransın quruma üzv ölkələr arasında əməkdaşlığın
möhkəmləndirilməsinə töhfə verəcəyini
söyləyib.
Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 4.