Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub

 

Oktyabrın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva paytaxtın Füzuli küçəsi boyunca salınan Mərkəzi Parka gəlib.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyeva şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etmək məqsədilə salınan yeni parkda yaradılan şəraitlə tanış olub.

Leyla Əliyeva ərazisi 20 hektar olan parkda IDEA İctimai Birliyinin könüllüləri ilə birgə kütləvi ağacəkmə aksiyasında iştirak edib.

 

Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 6.