Azərbaycandan Gürcüstanİrana yeni elektrik xətləri çəkilir

 

Bu həm də Avropaya enerjinin ixrac imkanını artıracaq

 

Elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə Azərbaycandan qonşu İranGürcüstana yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilir.

Gürcüstan Respublikası ilə elektrik enerjisi mübadiləsində etibarllığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədilə 330 kilovoltluq "Ağstafa-Qardabanihava xətti 44 km məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Layihə üzrə quraşdırılacaq 162 ədəd dayaqdan artıq 124 ədədi quraşdırılıb. Hava xəttinin 10 km hissəsində naqillər və 13 km hissəsində optik kabel asılıb.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kilovoltluq "Masallı-İran Astarası” arasında isə yeni elektrik verilişi xətti çəkilir. 260 ədəd dayaq quraşdırılması nəzərdə tutulan və 68 km uzunluqda olacaq hava xəttinin artıq 177 ədəd dayağı quraşdırılıb, 8,7 km hissəsində naqillər asılıb.

Bundan başqa, Rusiya ilə enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə 330 kilovoltluq "Abşeron-Yaşma-Dərbənd” yeni hava xəttinin çəkilməsi layihələndirilir.

Dövlətlər arasında yeni hava xətlərinin çəkilməsi və ya yenidən qurulması enerji sistemləri arasında əlaqələrin etibarlılığını daha da möhkəmləndirəcək, xətlərin ötürücülük qabiliyyətini yüksəldəcək və beynəlxalq enerji bazarına çıxış potensialımızı daha da artıracaq.

Qeyd edək ki, "Azərenerji” ASC beynəlxalq elektrik verilişi xətləri ilə yanaşı, ölkə daxilində də yüksəkgərginlikli hava xətlərində yenidənqurma işləri həyata keçirir.

 

Azərbaycan.- 2019.- 11 oktyabr.- S. 7.