İsveçrə
Konfederasiyası Kantonlar
Şurasının sədri Heydər Əliyev Mərkəzi
ilə tanış olub
İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye oktyabrın 11-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, qonağa Heydər Əliyev Mərkəzinin fəaliyyəti və mərkəzin memarlıq incisi olan binası haqqında məlumat verilib. Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Mərkəzdə yaradılmış Heydər
Əliyev Muzeyi İsveçrə
Konfederasiyası Kantonlar
Şurasının sədrinin marağına səbəb olub. Qonağın diqqətinə
çatdırılıb ki, muzeyin "Fotoşəkillərdə əks olunmuş həyat”, "Azərbaycanın ictimai-siyasi həyatı”, "Dövlətçilik,
irs, nailiyyətlər” adlı bölmələrində
Ulu Öndərin həm sovet
dövründə, həm də ölkəmizin müstəqilliyi
illərində fəaliyyətinə dair
məlumatlar virtual şəkildə
təqdim olunur. Jan-Rene Furniye mərkəzdə "Azərbaycan
inciləri” sərgisi
ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks
etdirən bu sərgidə ölkəmizin
tükənməz təbii
sərvətləri, çoxəsrlik
tarixi, mədəni irsi ilə bağlı
nadir eksponatlar nümayiş
etdirilir. Burada qədim
peşələrin, o cümlədən
Azərbaycan xalçaçılıq
məktəbinin nadir nümunələri
sərgilənir, qədim
çalğı alətlərimiz
orijinal şəkildə
- səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər
burada müxtəlif dillərdə müqəddəs
kitabları da görə bilərlər.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq İsveçrə Konfederasiyası
Kantonlar Şurasının
sədri Jan-Rene Furniyedə
xoş təəssürat
yaradıb.
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 3.