İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə Vergilər
Nazirliyinin əməkdaşlığının
əsas istiqamətləri müzakirə edilib
Vergilər naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi siyasəti və inzibatçılığı mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson ilə görüşüb.
Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın vergi sistemində aparılan islahatlar, vergidən yayınma ilə mübarizədə beynəlxalq vergi əməkdaşlığı və bu sahədə beynəlxalq standartların tətbiqi, həmçinin "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi" (BEPS) layihəsi çərçivəsində OECD və Vergilər Nazirliyi arasında əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.
Vergilər Nazirliyinin
rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi
görüşdə tərəflər arasında əməkdaşlıq,
bu əlaqələrin gələcəkdə
daha da inkişaf
etdirilməsi məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 12 oktyabr.- S. 5.