Sərgidə Əfqanıstan məhsulları nümayiş etdirilib

 

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi açılıb.

İqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhməd sərgi ilə tanış olublar.

Sərgidə qida, tekstil, tikinti materialları istehsalı, inşaats. sahələrdə fəaliyyət göstərən 40-dan çox əfqan şirkəti öz məhsullarını təqdim edir. Sərgi oktyabrın 14-də yekunlaşacaq.

 

Azərbaycan.- 2019.- 12 oktyabr.-  S. 6.