Müasir tipli məktəblərin
sayı artır
Ölkəmizin iqtisadi gücü artdıqca təhsilin inkişafına diqqət də artır. Azərbaycan Prezidenti İlham Əliyevin fərman və sərəncamlarına əsasən, eləcə də dövlət proqramlarının icrası ilə əlaqədar Bakıda və bölgələrdə dünya standartlarına uyğun müasir tipli məktəblərin sayı ildən-ilə çoxalır.
Bu sahə dövlət həyatında, cəmiyyətin inkişafında strateji əhəmiyyətə malik olduğundan təhsilin taleyi ölkə Prezidentinin və Heydər Əliyev Fondunun daim nəzarətindədir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə diqqət müstəqilliyimizin ilk illərində işlənib hazırlanmış neft strategiyasında da xüsusi yer almışdır. Bu, Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallaşan neft kapitalının insan kapitalına çevrilməsi prosesi idi. İllər keçdikcə özünü doğruldan həmin strategiya bu gün respublikamızın inkişafında həlledici rol oynayır. Hazırda ölkəmizdə olan 3500-dən çox məktəbin 3200-ü müasirliyi, tədris avadanlığının mükəmməlliyi ilə diqqət çəkir. Kəndlərdə 100-dən çox məktəb qazlaşdırılıb, yüzlərlə məktəbdə əsaslı və cari təmir işləri aparılıb. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilib. Bu il daha 80 məktəbin tikilməsi və ya əsaslı təmiri nəzərdə tutulub. Yaxın bir neçə ildə ölkə üzrə ən ucqar kəndlərdən tutmuş iri şəhərlərin tədris ocaqlarına qədər bir dənə də olsun yararsız məktəb binası qalmayacaq. Ölkəmizdə əhalinin sayı artdıqca buna uyğun olaraq məktəb tikintisi də aparılır.
Ekspertlərin fikrincə, bu sahədə Azərbaycan dünyada lider ölkələrdəndir. Xarici mətbuatda da dəfələrlə qeyd edildiyi kimi, heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlarda Heydər Əliyev Fondunun töhfələri əvəzsizdir. Fondun təşəbbüsü və dəstəyi ilə "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında təhsil sahəsində mövcud olan problemlər aradan qaldırılır, müasir standartlara cavab verən təhsil kompleksləri inşa edilir. Fondun bu sahədə həyata keçirdiyi layihələrin coğrafiyası və miqyası ilbəil genişlənir. Elə rayonlar, elə qəsəbə və kəndlər var ki, orada ömrünü çoxdan başa vurmuş tikililərin yerində iki, bəzən də üç-dördmərtəbəli dünya standartlarına uyğun binalar inşa edilərək müəllim və şagirdlərin istifadəsinə verilir. Bakının Binəqədi rayonunda qısa müddətdə inşa olunmuş Biləcəri qəsəbə 300 nömrəli tam orta məktəb binası buna bariz nümunədir. 70 il əvvəl tikilmiş həmin məktəb binasının yerində indi möhtəşəmliyi ilə diqqət çəkən dördmərtəbəli bina ucaldılıb. Tədrisin keyfiyyətini yüksəltmək üçün burada bütün lazımi şərait yaradılıb, laboratoriya və xüsusi tədris otaqları müasir avadanlıqlarla təchiz edilib. Ən başlıcası, ikinövbəlilik tamamilə aradan qaldırılıb. 960 şagirdlik bu tədris kompleksinin yeni dərs ili qarşısında açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da iştirak etmişlər. Bu tədbirdə dövlət başçısı çıxışında demişdir: "Mən çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar...”
Dövlət başçısının bu fikir və tövsiyələrini
bölgələrdə fəaliyyətdə olan
məktəblərə də şamil etmək
olar. Xatırladaq ki, son iki ildə bölgələrdə
243 modul tipli məktəb
quraşdırılıb. Prezident İlham Əliyevin təşəbbüsü
ilə ilk dəfə olaraq
ucqar kəndlərdə az
şagirdtutumlu qəzalı məktəblərin
yeni binalarla əvəz
edilməsi çərçivəsində modul
tipli məktəb təcrübəsi tətbiq
edilib. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli
olması ilə yanaşı, qısa müddət ərzində
istənilən relyefdə quraşdırılması, sinif otaqlarının sayının şagirdlərin
sayına uyğun rahatlıqla
azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən
yerli istehsal materiallarından istifadə
edilir. Bundan başqa, modul
tipli məktəblərin
digər üstünlüyü
həm də ondadır ki, qəzalı vəziyyətdə
olan təhsil müəssisələrində təmir-tikinti işləri
aparılarkən tədris
prosesi dayandırılmır
və bu məqsədlə müvəqqəti
olaraq 50 yerlik səyyar məktəb quraşdırılır. Bu təcrübədən genişliklə
istifadə edilməklə
2017-ci ildə rayonlarda
6 min şagirdlik 106, 2018-ci ildə
isə 8120 şagirdlik
137 modul tipli məktəb quraşdırılıb.
İnformasiya və kommunikasiya
texnologiyaları əhəmiyyətli
dərəcədə tətbiq
edilib. Bəzi ucqar kəndlərdə
qəzalı vəziyyətdə
olan məktəb problemini aradan qaldırmaq üçün
cari ildə daha 50 modul tipli
məktəbin istifadəyə
verilməsi nəzərdə
tutulub.
Görülən tədbirlər, göstərilən
qayğı öz bəhrəsini verir. Təsadüfi
deyil ki, bir neçə il əvvəl
yaranmış müəllim
çatışmazlığı tədricən aradan qalxır. Gənclər həvəslə müəllimlik fəaliyyətini
seçirlər. Xüsusilə rayonlarda, qəsəbə
və kənd məktəblərində işləməyə,
gənc nəslə
elm, bilik verməyə
maraq göstərənlər
çoxalıb. Hətta
Bakıda yaşayan neçə-neçə ali məktəb məzunu bir neçə kilometrlərlə
məsafədə yerləşən
iş yerlərinə,
məktəbə hər
gün gedib-gəlməkdən
yorulmur. Çünki
şəxsi arzu ilə bərabər, dövlətin qayğısı
onların üzərindədir,
verilən maaş,
sosial güzəştlər
və sairə belə çətinlikləri
dəf etməyə ruhlandırır. Həm də görünən odur ki, elm və
maarif yolunda xalqın mənafeyini öz şəxsi mənafeyindən üstün
tutanların əməyini
ölkə Prezidenti, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyeva həmişə
diqqətdə saxlayır,
onların millətin gələcəyinə sərf
etdikləri əməyini
yüksək dəyərləndirirlər.
Hər il
neçə-neçə müəllim
Əməkdar müəllim
fəxri adına, orden, medal və digər mükafatlara layiq görülür. Sonuncu dəfə Prezident İlham Əliyevin 3 oktyabr 2019-cu il tarixli
sərəncamları ilə
təhsilin inkişafında
xidmətlərinə görə
64 müəllim "Tərəqqi”
medalına, 62 müəllim
isə Əməkdar müəllim fəxri adına layiq görülmüşdür.
"Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə Dövlət
Strategiyası”nda qeyd edildiyi kimi, ölkədə təhsilin
inkişafı istiqamətində
daim mühüm addımlar atılır, təhsilin normativ-hüquqi
bazası təkmilləşdirilir,
maddi-texniki təminatı
istiqamətində respublika
Prezidentinin sərəncamları
əsasında geniş
tədbirlər həyata
keçirilir. Nəticə etibarilə müəllimlərin
iş şəraiti yaxşılaşır, təhsilin
keyfiyyəti nəzərəçarpacaq
dərəcədə yüksəlir.
Rəhman SALMANLI
Azərbaycan.- 2019.- 12 oktyabr.- S.
7.