İsrailli politoloq: İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi

 

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə xatırlatdı ki, Ermənistanda Üçüncü Reyx rejiminin əlaltısı qəhrəman kimi qələmə verilir.

RİA Novosti yazır ki, iki ölkənin liderləri arasında bu mövzuda diskussiya oktyabrın 11-də MDB ölkələrinin dövlət başçılarının zirvə görüşündə olub. İlham Əliyev qeyd edib ki, MDB ölkələrinin rəhbərləri Adolf Hitlerin əlaltılarının qəhrəmanlar kimi qələmə verilməsinə dəfələrlə etirazlarını bildiriblər. O xatırladıb ki, Yerevanda məşhur millətçi Qaregin Njdeyə heykəl qoyulub.

Azərbaycan Prezidenti vurğulayıb: "Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub.

...Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin məruzəsindən də sitat gətirib. Həmin sənəddə Njdenin nasistlərlə əlbir olması və onun sovet hakimiyyəti orqanları tərəfindən həbsə alınması təsdiqlənir.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert, ictimai xadim, "Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut AZƏRTAC-a müsahibəsində deyib: "Hesab edirəm ki, İlham Əliyev öz ölkəsinin əsl lideri kimi hərəkət etdi, MDB ölkələrinin bütün prezidentləri arasında birinci olaraq məhz İlham Əliyev Ermənistanın baş nazirinin üzünə dedi ki, Ermənistanda artıq neçə ildir faşistantisemit Qaregin Njdeni qəhrəman kimi qələmə verməklə məşğuldurlar”.

İsrailli ekspertin sözlərinə görə, heç kəs xalqların öz tarixini, tarixi keçmişini şərh etmək və öz milli qəhrəmanlarının xatirəsini əbədiləşdirmək kimi suveren hüquqlarına müdaxilə etmir. Arye Qut deyib: "Lakin biz susmamalıyıq. Prezident İlham Əliyevin MDB zirvə görüşündə əsl həqiqəti deməkdən özünü saxlaya bilmədiyi kimi. Dəhşətli Holokost cinayətlərində əli olan insanlar milli qəhrəmanlar kimi qələmə veriləndə biz susmamalıyıq.

Üç il bundan əvvəl Yerevanda nasistlərin əlaltısı, faşistantisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz, israillilər necə münasibət bildirməliyik? Ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canisini özünün qəhrəmanı adlandıra bilərmi? Erməni faşistantisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıqdır. Bu, Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Şəxsən mənim üçün, babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ürəkağrısıdır”.

Qutun sözlərinə görə, XX əsrin sonu – XXI əsrin əvvəlində minlərlə insanın kütləvi şəkildə məhv edilməsi və qətlə yetirilməsi bütün mənəvi, əxlaqi, siyasi kolliziyaların mənbəyi olub, bütün başqa problemləri üstələyib. Holokost yəhudi xalqı üçün dəhşətli və dözülməz sözdür. Bu, vəhşiləşmiş və quduzlaşmış faşist rejimi tərəfindən yəhudi xalqına iztirablar, onun alçaldılması, təhqir edilməsi, vəhşilik, barbarlıq, bu xalqın kütləvi şəkildə məhv edilməsidir. Azərbaycan Prezidenti haqlı olaraq Njdeni faşistHitlerin əlaltısı adlandırdığı halda Ermənistanın baş naziri onu Ermənistanın qəhrəmanı adlandırır.

Nasist Almaniyası tərəfindən törədilmiş dəhşətlər barədə öz gənclərinə səylə xəbərdarlıq edən müasir Almaniyadan fərqli olaraq, bütövlükdə müasir Ermənistan cəmiyyətinin böyük qüsuru ondan ibarətdir ki, orada DroNjde kimi erməni faşistlərin şəxsiyyətinə pərəstiş təbliğ edilir. Arye Qut deyir: "Onların şərəfinə sikkələr zərb edilir, onlara abidələr ucaldılır, onların həyat və fəaliyyəti barədə filmlər çəkilir, guya onlar əsl xalq qəhrəmanlarıdır. Mən baş nazir Paşinyana xatırlatmaq istəyirəm ki, İkinci Dünya müharibəsi dövründə nasist Vermaxtın 20 minlik erməni legionunun törətdiyi qəddarlığı tarix heç vaxt unutmayacaq. Məhz erməni faşist komandiri general DronunNjdenin rəhbərliyi ilə ermənilər minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv olunmasında iştirak ediblər”.

İsrailli ekspert bir məlum faktı da vurğulayır ki, İkinci Dünya müharibəsində qələbə qazanılmasında Azərbaycan nefti çox böyük rol oynayıb. Ekspert vurğulayır: "Azərbaycan xalqı İkinci Dünya müharibəsində qələbə naminə və faşizm üzərində qələbə qazanılmasına böyük töhfə verib. Bu müharibədə əksəriyyəti yəhudilər olan çoxsaylı qaçqınlar və məcburi köçkünlər Azərbaycanda sığınacaq, sonra isə Vətən tapıblar. Onların arasında mənim ailəmin üzvləri də olub. Onlar Azərbaycan xalqının humanistliyi və tolerantlığı sayəsində xilas olublar”.

Arye Qut vurğulayır ki, "Sadıqaşvili” ləqəbli azərbaycanlı kəşfiyyatçı Həmzə Cümşüd oğlu Sadıqovun göstərdiyi qəhrəmanlığı nümunə kimi xüsusi qeyd etmək lazımdır. O, Stalinqrad ətrafında sovet hərbi kəşfiyyat dəstəsinin heyətində Hitlerin ən yaxın məsləkdaşı, xüsusi qəddarlığı ilə fərqlənən və yəhudi uşaqlarını şəxsən məhv etmiş general İohann fon Roddenburqu əsir götürüb.

İsrailli ekspert Arye Qut vurğulayır: "İnsan libasında olan bu vəhşini Hitlerin "bioloji bombasının atası” adlandırırdılar. O, yəhudi uşaqları üzərində eksperimentlər aparırdı. Məhz azərbaycanlı Həmzə Sadıqov yəhudi uşaqların xilaskarı oldu, onun cəsarəti və igidliyi sayəsində onlarca yəhudi ailəsi ölümdən qurtuldu. Uzun illər boyu Sadıqovun adı unudulmuşdu. Tarix dərsliklərində onun adına rast gəlmək olmurdu. Memuar ədəbiyyatında nadir hallarda xatırlanırdı və praktiki olaraq, heç kəs onun barəsində bilmirdi. Bu gün arxivlərin çoxu açılıb və az qala unudulmuş adlar açıqlanıb. Bu şəraitdə Həmzə Cümşüd oğlu Sadıqovun adı da yenidən bizimlə yanaşı çəkilir.

Həmzə Sadıqov Azərbaycana, doğma Ağdam rayonuna qəhrəman kimi qayıdıb. Hazırda bu qəhrəmanın məzarı Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisindədir. Ürəkağrısı ilə düşünürsən ki, yəhudi uşaqlarını faşistlərdən xilas etmiş qəhrəman özü erməni faşistlərinin tapdağı altındadır. Bunlar alman faşistlərindən heç nə ilə fərqlənmir. Azərbaycanın Xocalı şəhərində və yaxınlıqda yerləşən digər işğal edilmiş Azərbaycan rayonlarında uşaqları qətlə yetiriblər. Sadıqovun məzarı məsələsinə gəldikdə isə, bizdə olan məlumata görə, erməni vandallar bu qəhrəmanın məzarını dağıdıblar”.

MDB ölkələrinin dövlət başçılarının sammitində Azərbaycan Prezidentinin Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi barədə dedikləri real faktdır. İlham Əliyev diplomatik ustalıq göstərdi və kimin kim olmasını Paşinyanın üzünə dedi.

İsrailli ekspert deyir: "Bu gün artıq sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir, faşist Almaniyası ilə sız əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər qəhrəmanlar kimi qələmə verilir, onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Cənubi Qafqazın bu ölkəsində faşizmin, antisemitizminterrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi və hiddətləndiricisi odur ki, "Njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu "dəyərlər” ruhunda tərbiyə edilir”.

Arye Qut vurğulayır: "Yerevanda nasistlərin əlaltısı, faşistantisemit Qaregin Njdeyə heykəl qoyulmasına biz necə münasibət bildirməliyik? Ölkə bəşəriyyət əleyhinə cinayət törətməkdə ittiham edilmiş faşist canini öz qəhrəmanı adlandıra bilərmi?

Erməni faşistantisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Şəxsən mənim üçün, babasının ailəsinin bütün üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan üçün bu, dözülməz ürəkağrısıdır. Məhz bu səbəbdən mənim üçün bu, həm də şəxsi faciədir”.

İsrailli ekspert qeyd edir ki, müasir Ermənistanın bu siyasətini gec işə düşən bomba adlandırmaq olar, çünki belə ideologiya əsasında böyüyən gənclər gələcəkdə faşizmterrorizm işini davam etdirəcəklər. Ermənistan hökumətinin maliyyə dəstəyi ilə "Qaregin Njdeonun təlimi” adlı kitab nəşr edilib, onun haqqında film çəkilməsi bir neçə milyon ABŞ dollarına başa gəlib. Görün, Ermənistanda ABŞ-ın və Rusiyanın maliyyə yardımını nəyə xərcləyirlər – nasizmin, faşizminterrorizmin populyarlaşdırılmasına. Ermənistanın bu cür dövlət siyasəti İkinci Dünya müharibəsində faşizmə qarşı mübarizədə həlak olmuş milyonlarla insana, onların yaxınlarına və veteranlar, xüsusən faşizm üzərində Qələbənin qazanılmasında müstəsna xidmətləri olmuş keçmiş SSRİ vətəndaşlarına hədsiz hörmətsizlik nümunəsidir. Arye Qut ritorik sual verir: "Yəni doğrudanmı ermənilərin faşist NjdeDrodan başqa qəhrəmanları olmayıb?”

 

Azərbaycan.- 2019.- 13 oktyabr.-  S. 2.