Klassika ilə müasirlik vəhdətdə

 

Builki teatr mövsümündə təqdim edilən tamaşalar rəngarəng, böyük ənənələrə sadiq, yaddaqalan nümunələrlə zəngindir

 

Azərbaycan professional teatrı bugünə keşməkeşli yollarla gəlib. Fədailəri, sənət xiridarları onu daim inkişaf etdirib, sevdirib seviliblər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı söylədiyi fikirlər çox məzmunludur: "Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün , gələcəkdə yaşayacaqdır”.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaradılması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirmənin sürətləndirilməsində mühüm rol oynayıb mütərəqqi ideyaların carçısına çevrilməklə böyük töhfə verib.

Məhz Azərbaycan milli teatrına dövlət xalq məhəbbətinin təzahürüdür ki, yaradıcı kollektivlərin beynəlxalq mədəni əlaqələri genişlənir. Bu isə Avropa Şərqdə mədəniyyətimizin təbliğində mühüm vasitələrdən biridir. Respublikada fəaliyyət göstərən 27 dövlət, həmçinin bələdiyyə, uşaq özəl teatrların səmərəli fəaliyyətini təmin etmək məqsədilə onlar hər cür dövlət qayğısı ilə əhatə olunublar.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə hələ yeni teatr mövsümünədək bir sıra yaddaqalan tədbirlər keçirilib. Moskvada, B.Şukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələr Bakı tamaşaçıları qarşısında çıxış ediblər. Akademik Milli Dram Teatrının bədii rəhbəri direktoru, Xalq artisti Azər Paşa Nemətovla kursun rəhbəri, Rusiya Federasiyasının Xalq artisti Mixail Borisov ötən müddət ərzində tələbələrin təhsil prosesindən, əldə etdikləri biliklərdən nailiyyətlərdən söhbət açıblar.

Azərbaycan Teatr Xadimləri İttifaqı döyüş bölgələrində fəaliyyət göstərən teatrların şəraiti ilə tanış olmaq üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Dram Teatrında olub. Cəbhə bölgələrində fəaliyyət göstərən teatrlara yardım məqsədilə tamaşalarda tədbirlərdə istifadə edilməsi üçün bir sıra səhnə geyimləri Ağdam Dövlət Dram Teatrına hədiyyə edilib.

Aktyor Evinin səhnəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tələbələr tərəfindən hazırlanan "Ənəlhəqqteatr tamaşası göstərilib.

Bu il iyun ayının 1-dən Lənkəran Dövlət Dram Teatrında keçirilən Beynəlxalq Teatr Festivalı günlərində "Sevgi şimşəyi”, "Manqurt”, "Aktyor əbədiyyətə qovuşanda”, "Duplet”, "İstədiyim kimi yaşayıram "Bir-iki, bizimkitamaşaları göstərilib.

"Aktyor əbədiyyətə qovuşandatamaşası xorvat yazıçısı dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova çevirib. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nazir Rüstəmovdur.

Gürcüstanın Kutaisi şəhərindən gəlmiş kollektiv festivalda V.Qavelin əsəri əsasında hazırlanmış "Duplet” tamaşasını təqdim edib.

Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində Amerika yazıçısı V.Lyusun "Zelda” əsəri əsasında hazırlanan "İstədiyim kimi yaşayırammonotamaşasının rejissoru Xalq artisti, professor Ağakişi Kazımovdur. "Bir-iki, bizimkitamaşası isə yazıçı Kamal Abdullanın eyniadlı əsəri əsasında hazırlanıb. Akademik Milli Dram Teatrının A.M.Şərifzadə səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Əlif Cahangirlidir.

Bakı Uşaq Teatrının yaradıcı heyəti Cəlil Məmmədquluzadənin "Çay dəstgahıəsəri əsasında hazırlanmış eyniadlı tamaşının premyerasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Könül Şahbazova-Qasımova, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir. Maraqlı quruluş aktyor oyunu, rəngarəng dekorasiya, şən musiqi tərtibatlı tamaşa uşaq yeniyetmələr tərəfindən alqışlarla qarşılanıb.

Azərbaycan teatrları artıq növbəti mövsümü yaddaqalan tamaşalarla açıblar. Bununla Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlanıb. Artıq neçə ildir ki, ölkədə teatr mövsümünün başlanğıcı sentyabrın ortalarında hər dəfə fərqli məkanda xüsusi mərasimlə qeyd edilir. Budəfəki mərasimin ünvanı Şuşa teatrı oldu. Sentyabrın 17-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycanda peşəkar milli teatrın 147-ci mövsümü açıldı.

Şuşa Dövlət Musiqili Dram Teatrı yeni binasının qapılarını milli teatr mövsümünə açarkən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi ki, yeni teatr mövsümünün açılışının bu məkanda keçirilməsinin böyük mənası var. Bu gün Şuşa işğal altında olsa da, biz gələcəyə nikbin baxırıq. Bakıda qaçqınlıq həyatı yaşayan teatr kollektivi normal yaradıcılıq şəraitində çalışmağa, tamaşalar oynamağa başlayır. İnanırıq ki, Şuşa teatrı da gələn mövsümlərdə öz şəhərində mövsümü açacaq, biz həmin mərasimdə iştirak edəcəyik.

Nazir 2019-2020-ci il sənət mövsümündə teatr ictimaiyyətini gözləyən mühüm hadisələri diqqətə çatdırdı: "Bu il Cəfər Cabbarlının 120, Cəlil Məmmədquluzadənin 150, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dövlət teatrı kimi fəaliyyətinin 100, "Yuğteatrının 30 illik yubileylərini qeyd edəcəyik”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü "Qarabağnamətamaşası ilə açıb. Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar qızıəsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni mövsümdə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağıpyesi əsasında hazırlanan tamaşanın premyerası da keçirilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı mövsümü dahi Üzeyir bəy Hacıbəylinin ölməz əsəri - "O olmasın, bu olsunikihissəli musiqili komediyası ilə açıb. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Mədəniyyət Nazirliyinin "Zirvəmükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlərdən Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlardan Ağaxan Şərifov, Səməd Xasıyev, Murad Əliyev başqaları çıxış edirlər.

Azərbaycan Dövlət Akademik Opera Balet Teatrı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Koroğluoperası ilə tamaşaçılarının görüşünə gəlib. Teatr məhz bu opera ilə mövsümə start verib. Festival sentyabrın 30-dək davam edəcək.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı isə yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda olan "Milyonçutamaşasını nümayiş etdirib. Tamaşada Xalq artisti Natalya Şarovskaya, Əməkdar artistlərdən Salman Bayramov Fuad Osmanov, həmçinin aktyorlardan Oleq Əmirbəyov, Marina Litvinenko, Zaur Terequlov başqaları rol alıblar.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da yeni mövsümə əliboş gəlməyib. "Cırtdansevimli tamaşaçıları ilə yenidən görüşür. Teatr öz pərdələrini sentyabrın 15-i açmaqla, yeni mövsümdə Dədə Qorqud boylarından ibarət "Adını doğruldan oğlantamaşasını təqdim edib. Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda rus nağılları əsasında "Qızıl xoruzun nağılıtamaşasının da hazırlanması nəzərdə tutulur.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 13 oktyabr.-  S. 6.