Əməkdaşlığın
genişlənməsindən məmnunluq ifadə olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu. Bu baxımdan sərmayə qoyuluşu, ölkələrimizin həyata keçirdiyi qlobal enerji layihələrinin rolu, həmçinin ötən il TANAP boru kəmərinin istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin fəaliyyəti vurğulandı.
Görüşdə müdafiə sənayesi,
təhsil, turizm, mədəniyyət sahələrində
əməkdaşlığın perspektivləri müzakirə
olundu. Söhbət
zamanı ikitərəfli münasibətlərin daha da inkişaf
etdirilməsi və qarşılıqlı maraq
doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparıldı. Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Bakıda keçirilən VII Zirvə Görüşünün
ölkələrarası əməkdaşlığın
genişləndirilməsi işinə xidmət etdiyi bildirildi.
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 1.