Macarıstan və
Azərbaycan arasında münasibətlər indi
çox yüksək səviyyədədir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Macarıstanın Baş Naziri Viktor Orban ilə görüşüb.
Macarıstanın Baş Nazirini salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Xoş gəlmisiniz, cənab Baş Nazir. Sizi Azərbaycanda görməyimə çox şadam. Çox şadam ki, Siz sabah Sammitdə iştirak edəcəksiniz. Bu, həm də çox müsbət olan ikitərəfli gündəliyimizi müzakirə etmək üçün yaxşı fürsətdir. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Mən sizin ölkəyə səfərimi və bizim söhbətlərimizi, həmçinin Avropa İttifaqının tədbirləri çərçivəsində görüşlərimizi xatırlayıram. Sevindirici haldır ki, Macarıstan və Azərbaycan arasında münasibətlər indi çox yüksək səviyyədədir. Əminəm ki, bu səfərdən sonra biz tərəfdaşlığımıza yeni təkan verəcəyik.
X X X
Macarıstanın Baş Naziri
Viktor ORBAN dedi:
-Cənab Prezident, bizi burada qəbul
etdiyiniz üçün
çox sağ olun. Macarlar üçün həmişə sizin paytaxt şəhərinizə
gəlmək və illər öncəyə təsadüf edən dostluğumuzu daha da gücləndirmək şərəfdir. Macarıstan
on il bundan
əvvəl ölkənin
o qədər də yaxşı iqtisadi durumda olmadığı bir vaxtda sizin
yardımınızı və
bütün mənalarda
göstərdiyiniz dəstəyi
xatırlayır. Biz bunu yüksək qiymətləndiririk. Diplomatik əməkdaşlığımız
çox yaxşıdır,
biz bunu belə söyləyə bilərik.
İndi isə hesab edirəm, növbəti mərhələ ondan ibarətdir ki, biz iki ölkə arasında olan iqtisadi əməkdaşlığı
daha da artırmalıyıq.
Bizim artıq burada yaxşı sərmayə
qoyuluşlarımız, yaxşı
əməkdaşlığımız
var. Hesab edirəm ki, iqtisadi cəhətdən
iki ölkə arasında əməkdaşlıq
çox ümidvericidir.
Bizi burada qəbul etməyinizi və Macarıstana münasibətdə
xoşməramlı və
xoşniyyətli olmağınızı
yüksək qiymətləndiririk.
Prezident
İlham Əliyev: Çox sağ
olun.
X x x
Görüşdə Azərbaycan
ilə Avropa İttifaqı arasında əməkdaşlığın
genişləndirilməsi üçün
Macarıstanın göstərdiyi dəstək yüksək
qiymətləndirildi, iqtisadi, ticarət, enerji və digər sahələrdə əməkdaşlıq
məsələləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 2.